Qərbə uzanan kiçik əllər - İqtisadiyyatın Estoniya nümunəsi

Estoniya Sovetlər İttifaqının ən kiçik dövləti olub. Təxminən Sumqayıtın sakinləri qədər əhalisi olan paytaxt Tallin bu gün avropalı turistlərin, iş adamlarının üz tutduğu əsas şəhərlərdən biridir. SSRİ dövründə bu ölkənin iqtisadiyyatı Sovet ordusu üçün silah və avadanlıqlar istehsal edən ağır sənayenin hesabına ayaqdaydı. Sovet İttifaqı süqut edəndən sonra çoxları düşünürdü ki, digər postsovet dövlətləri, Tacikistan, Gürcüstan, Ermənistan, Moldova kimi bu ölkənin iqtisadiyyatı da çöküş mərhələsinə qədəm qoyacaq. Hətta Estoniyanın yalnız güclü ittifaq dövlətlərinin dəstəyi ilə yaşaya biləcəyini söyləyənlər də var idi.

Ehtimallar özünü doğrultdu və SSRİ-dən ayrılan eston iqtisadiyyatı sürətlə tənəzzülə doğru getməyə başladı. İqtisadiyyatın əsas istehsal sahələri dayandı, vaxtilə onminlərlə insanın işlədiyi fabrik və zavodlar isə metal yığnağına çevrildi. İşsizlik səviyyəsi kəskin artdı, həyat şəraiti pisləşdi və bütün bunların fonunda Estoniyanın bir dövlət kimi mövcudluğu da sual altına düşürdü. Bəzi eston siyasətçiləri Rusiyanın dotasiyası olmadan bu ölkənin yaşaya biləcəyinin mümkün olmadığını bəyan edir, təcili olaraq Moskva ilə münasibətləri bərpa etməyin əhəmiyyətindən bəhs edirdilər.
Bir neçə il öncəyə qədər ölkəmizdə taksidən əsasən təminatlı insanlar istifadə edərdi. Orta statistik azərbaycanlılar isə yolunu avtobusdan, metrodan və digər ictimai nəqliyyat vasitələrindən salardı. Rəqəmsal iqtisadiyyatın inkişafı kütləvi taksi xidmətini Bakı sakinləri üçün də əlçatan etdi. Hazırda "Bolt” brendi Azərbaycanda taksi şirkətləri arasında aparıcı mövqedədir və gündəlik bu xidmətdən istifadə edən sərnişinlərin sayı onminlərlədir. Bu bir eston markasıdır. Taksi, yemək çatdırma, karşerinq və mikromobillik xidmətlərini təklif edən şirkət Avropa, Afrika, Qərbi Asiya və Latın Amerikasında 45 ölkədə yerləşən 300-dən çox şəhərdə, o cümlədən Azərbaycanın Bakı, Gəncə və Sumqayıt şəhərlərində fəaliyyət göstərir. Şirkətin 75 milyondan çox müştərisi var və 1.5 milyon sürücü "Bolt”dan gedişlər təklif etmək üçün istifadə edir.

Estoniya yırtıcı Kremlə arxa çevirənlərin necə böyük uğurlara "hamilə” olduğunun bariz nümunəsidir. Son dövrlər Azərbaycanda qeyri-neft sektorunun inkişafından, insan kapitalının önəmindən bəhs edən çoxsaylı yazılara rast gəlirik. Uzağa getmək lazım deyil, bu kiçik Avropa dövlətinin təcrübəsini əxs etmək, yerli istehsalı artırmaq, sahibkarları təşviq etmək, sağlam rəqabət mühiti yaratmaq kifayətdir ki, Azərbaycan qısa müddətə Estoniya təcrübəsini uğurla tətbiq edə bilsin. Biz tarixdə böyük uğurlar qazanmış ölkəyik. Cəmi 44 gün ərzində vəhşi və vandal Ermənistan ordusunu darmadağın edən biz olmuşuq. Xristian dünyası, mənfəətcil Qərb və Moskva Ermənistana açıq dəstək verdiyi halda biz bu tarixi döyüşdən qalib ayrılmışıq. Üzərimizdə olan tarixi ləkəni silmişik.

Cənab Prezident İlham Əliyevin söylədiyi kimi, biz irəliyə baxmağı öyrənməliyik. İqtisadiyyatımızı, insan kapitalımızı inkişaf etdirməli, istedadlı xalq olduğumuzu, işgüzar əzmimizi bir bütün dünyaya nümayiş etdirməliyik! (hokm.az)
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























