• $
  • €
  • ₽
  • ₺
  • £

DİN polislər üçün bu geyimləri alır -İştirak haqqı min manatdır - TENDER

DİN polislər üçün bu geyimləri alır -İştirak haqqı min manatdır - TENDER
18.03.2022 13:18
Daxili İşlər Nazirliyi sıravi furajkası, yay və qış səhra papaqları, qalustuk poliver, isti qış gödəkçələri, qış səhar gödəkçələri, kostyum (PPX -YPX - ÇPA), yay şalvarı (YPX-PPX-ÇPX), yay örtüyü, plaş örtük, qısaqol mayka, səhra kostyumu, səhra maykası, qısaqol və uzunqol köynəklərin satın alınması üçün Lot-1 üzrə açıq tender elan edir. Bu barədə etender.gov.az/ - dövlət satınalmalarının vahid internet Portalında məlumat yerləşdirilib. 
 
İştirak haqqı Lot 1 üzrə 1000 manatdır. İştirak haqqı heç bir halda geri qaytarılmır. Tenderdə iştirak haqqının ödənilməsi üçün satınalan təşkilatın bank rekvizitləri olmalıdır.
 
İştirakçılar öz tender təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etməlidirlər. Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları lazımi maliyyə və texniki imkanlarına malik olmalıdırlar. İştirakçılar 25 aprel 2022-ci saat 11:00 tarixinə qədər, tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 3 may 2022-ci saat 11:00 qədər Bakı şəhəri, Azadlıq prospekti 161 ünvanına təqdim etməlidirlər. İddiaçıların təkliflərinin açılışı 4 may 2022-ci il 11:00 tarixində Bakı şəhəri, Azadlıq prospekti 161 ünvanında aparılacaq. Açılışda iddiaçıların səlahiyyətli nümayəndələri iştirak edə bilərlər.

İddiaçılar tenderdə iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidirlər:

-İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-Tenderdə iştirak haqqının ödənilməsi barədə bank sənədi;

-Tender təklifi (zərflərin açıldığı gündən qüvvədə olma müddəti) 60 bank günü;

-Tender təklifinin ümumi qiymətinin 1 faizi məbləğində təminatın qüvvədə olma müddəti (zərflərin açılış tarixindən sonra) 30 bank günü;

-Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqandan arayış;

-İddiaçının son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq olunmuş maliyyə hesabatının surəti;

-İddiaçının son bir ildəki maliyyə vəziyyəti haqqında bank arayışı;

-İddiaçının tam adı hüquqi statusu, nizamnaməsi qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;

-Satınalan təşkilatın müəyyən etdiyi digər sənədlər;
 
Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (əsli və surəti) tərtib olunmalıdır (xarici dildə olan tender təklifləri Azərbaycan dilinə tərcümə olunmalıdır). 

 
Gülnar Nazimqızı 
 



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol