• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiya hərbçiləri Kiyevdən geri çəkilir

Rusiya hərbçiləri Kiyevdən geri çəkilir
30.03.2022 16:49
Rusiya sülh danışıqlarında "qarşılıqlı etimadı artırmaq" üçün Ukraynanın iki əsas bölgəsində hərbi döyüş əməliyyatlarını "kəskin şəkildə azaldacağını" açıqlayıb. 

Paytaxt Kiyev və şimaldakı Çerniqov şəhəri ətrafında hərbi əməliyyatların miqyasının azaldılması qərarı danışıqlarda nəzərəçarpacaq irəliləyişin ilk əlamətidir. 

Lakin hərbi fəaliyyətin azaldılmasının nə dərəcədə olacağı bəlli deyil və Ukrayna buna şübhə ilə yanaşır. 

ABŞ və Böyük Britaniya da skeptik münasibət bəsləyirlər. 

Çərşənbə axşamı Rusiya müdafiə nazirinin müavini Aleksandr Fomin bildirib ki, Rusiya Kiyev və Çerniqov ətrafında hərbi əməliyyatların fəalığını  "köklü şəkildə bir neçə dəfə azaldacaq".

O həmçinin əlavə edib ki, Ukraynanın "bitərəflik və qeyri-nüvə statusu” məsələsinə yanaşmasında irəliləyiş var,  bu da Moskvanı narahat edən iki əsas məsələdir. 

Lakin Rusiyanın öz hərbi əməliyyatlarını və Ukraynaya  girmiş şəxsi heyətin sayını azaltmaq vədi Ukraynada şübhə ilə qarşılanıb.  "Ukraynalılar sadəlövh insanlar deyillər”, prezident Vladimir Zelenski  video çıxışında deyib. 

"Rusiya tərəfdən belə siqnalların gəlməsinin müsbət olduğunu deyə bilərik, lakin nə partlayşların , nə də  atılan Rusiya mərmilərinin sayı azalmayıb, - Ukrayna prezidenti  bildirib. 

Pentaqonun sözçüsü Con Kirbi deyib ki, "biz yalnız çox az sayda insanın Kiyevdən uzaqlaşmağa başladığını görürük" dedi və əlavə etdi ki,  "Ukraynanın digər bölgələrinə qarşı kütləvi hücumu izləməyə hazır olmalıyıq". 

Böyük Britaniyanın Müdafiə Nazirliyi həmçinin xəbərdarlıq edib ki, Rusiya "döyüş gücünü Ukraynanın şimalindan şərqdə yerkləşən Donetsk və Luqansk bölgələrinə hücuma yönəltməyə çalışacaq". 

Rusiya artıq öz kampaniyasını yenidən Ukraynanın şərq bölgələrinə yönəldib. O paytaxt Kiyevin şimalında bir sıra uğursuzluqlarla üzləşib və həmçinin cənub sahili ilə Rusiya sərhədinə qədər uzanan quru dəhlizini ələ keçirməyə çalışır. 

Çərşənbə axşamı atəşkəs danışıqları zamanı Ukrayna təhlükəsizlik zəmanəti müqabilində neytral dövlət olmağı təklif edib. Rusiyanın işğalının əsas məqsədi Ukraynanın NATO ittifaqına qoşulmasını dayandırmaq olub və Rusiya rəsmiləri danışıqların praktiki mərhələyə keçdiyini bildiriblər. 

Ukraynadan olan şərhçi Oleksandr Çalı jurnalistlərə deyib ki, neytrallıq təklifi - bu o deməkdir ki, Ukrayna başqaları ilə hərbi müttəfiq olmayacaq. - "Ukraynanın ərazi bütövlüyünü və təhlükəsizliyini diplomatik və siyasi vasitələrlə bərpa etmək" üçün bir şansdır. 

Rusiya qüvvələri Çerniqovu mühasirəyə alıb, burada rəsmilər 400-ə qədər insanın öldüyünü və təxminən 130 min insanın istilik, elektrik və ya su təchizatından məhrum olduğunu bildiriblər. 

Rusiyanı Ukrayna ilə danışıqlarda təmsil edən nümayəndə heyətinin rəhbəri baş müzakirəçisi Vladimir Medinski danışıqların "konstruktiv” keçdiyini və Ukraynanın neytrallıq təkliflərinin prezident Vladimir Putinə təqdim ediləcəyini bildirib. 

Bununla belə, o, açıq şəkildə bildirib ki, prezidentlərin sammiti baş tutmazdan əvvəl saziş hazırlanmalı, vasitəçilər tərəfindən təsdiq edilməli, sonra isə xarici işlər nazirləri  imzalanmalıdır. 

"Bu, atəşkəs deyil, lakin bu, bizim istəyimizdir, heç olmasa bu cəbhələrdə münaqişənin tədricən deskalasiyasına nail olaq", - Cənab Medinski Rusiyanın dövlət xəbər agentliyi olan Tass-a deyib. 
 
Səkinəxanım Məmmədova 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol