• $
  • €
  • ₽
  • ₺
  • £

Neft fondu valyuta satışını artırıb

Neft fondu valyuta satışını artırıb
01.04.2022 15:55
Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 2022-ci ilin martında Mərkəzi Bankın auksionlarında valyuta satışını fevrala nisbətən 41,8% artırıb. Bu barədə Azərbaycan ARDNF məlumat verib. 

Belə ki , 2022-ci ilin martında ARDNF tərəfindən 526,2 milyon ABŞ dolları məbləğində xarici valyuta satılıb. Cari ilin fevralında bu rəqəm 371,2 milyon ABŞ dolları təşkil edib. Beləliklə, martda  Dövlət Neft Fondu tərəfindən valyuta satışı fevralla müqayisədə 41,8% artıb.

ARDNF tərəfindən valyuta satışı bu ilin birinci rübündə də keçən ilin eyni rübü ilə müqayisədə artıb. Belə ki, 2022-ci ilin yanvar-martında fond Mərkəzi bankın hərraclarında 1 milyard 624,4 milyon ABŞ dolları xarici valyuta satıb. Bu da 2021-ci ilin uyğun dövründən 9,8% çoxdur. 

Hazırda valyuta hərraclarında xarici valyuta satışını əsasən ARDNF həyata keçirir. 

Fond keçən il hərracda 6 milyard 679 milyon dollar satıb. Bu isə ayda orta hesabla 556,6 milyon dollar deməkdir. 

N.Təbrizli


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol