• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Bank ilk rəqəmsal filialını istifadəyə verdi

Yelo Bank ilk rəqəmsal filialını istifadəyə verdi
04.04.2022 15:30
Yelo Bank xidmət şəbəkəsini artırmaqla əhatə dairəsini genişləndirməyə davam edir. Bank müştərilərə göstərilən xidmətlərin daha əlçatan olması üçün Ağcabədi şəhərində ilk rəqəmsal filialını istifadəyə verdi. Ənənəvi filiallardan fərqli olaraq burada bütün əməliyyatlar xəzinə olmadan, aparatlar vasitəsilə aparılır.


Filial müasir və funksional olmaqla yanaşı, digər filiallar kimi bankın "Parlaq Bankçılıq” şüarına uyğundur. Burada müştərilərin rahatlığı üçün terminal və kompüterlər vasitəsilə bank xidmətlərindən istifadə etmək imkanı yaradılıb.


Filialda nağd pul, biznes kreditləri, Yelo debet kart və digər məhsulların sifarişi ilə bərabər, 24/7 rejimində hesablara mədaxil, kartdan vəsaitin nağdlaşdırılması, müxtəlif ödənişlər də etmək mümkündür.


Filialın açılışı münasibətilə Yelo Bank-ın İdarə Heyətinin sədri Anar Həsənov bildirib ki, yeni, rəqəmsal filialda üstün xidmət səviyyəsi təqdim olunacaq: ”Rəqəmsal filialımız Ağcabədi sakinləri üçün maliyyə xidmətlərinin əlçatanlığına və bankçılıq təcrübələrinin yenilənməsinə yönəlib. Burada ənənəvi bank modelindən uzaqlaşaraq müştərilərimizə daha sürətli və rahat xidmət göstəriləcək. Əsas məqsədimiz  strategiyamıza uyğun olaraq regionlarda fəaliyyətimizi daha da genişləndirmək, müştərilərin daha çox vaxt sərf etdiyi xidmətləri və bank əməliyyatlarını rəqəmsallaşdırmaqdır. Gələcəkdə rəqəmsal filiallarımızın çoxaldılması nəzərdə tutulub.”


Rəqəmsal filial Ağcabədi şəhəri, Məmməd Əmin Rəsulzadə küçəsi, 200A ünvanında, LUKOYL YDM ərazisində fəaliyyət göstərir. Qeyd edək ki, Yelo Bank daha öncə LUKOYL Azərbaycan ilə birgə əməkdaşlıq çərçivəsində ilk özünəxidmət mərkəzini istifadəyə verib. Hazırda Yelo Bank-ın 15 filialı və 1 özünəxidmət mərkəzi fəaliyyət göstərir.


Əlavə sualınız var? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram  və ya Whatsapp hesablarımıza yazın cavablandıraq! 


Yelo Bank – Parlaq bankçılıq! 















www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol