• $
  • €
  • ₽
  • ₺
  • £

ABB-nin sənədli əməliyyatlar portfeli 1 milyard manata çatıb

ABB-nin sənədli əməliyyatlar portfeli 1 milyard manata çatıb
05.04.2022 15:22
İş adamlarının etibarlı tərəfdaşı olan ABB biznesə dəstəyini sənədli əməliyyatlar və ticarətin maliyyələşdirilməsi sahəsində də uğurla davam etdirir. Bankın bu istiqamət üzrə portfelinin həcmi martın sonuna 1 milyard manata çatıb.
ABB biznes qurumlarına ehtiyac duyduqları sənədli əməliyyatların ən müxtəlif növlərini təklif edir. Müştərilər Bankın akkreditiv, bank qarantiyası, inkasso, layihələrin maliyyələşməsi məhsullarından rahatlıqla istifadə edə bilərlər.
ABB xaricdə ən geniş müxbir şəbəkəsinə malik Azərbaycan bankıdır. Dünyanın 30-a yaxın bankında, o cümlədən 4 ABŞ bankında müxbir hesabları var. Bundan başqa, 30-dan çox nüfuzlu bankla tərəfdaşlıq edərək  sənədli əməliyyatların və ticarətin maliyyələşdirilməsi əməliyyatlarının aparılması üçün kredit xəttləri mövcuddur. ABB xarici tərəfdaşları olan banklardan da şirkətlər üçün qarantiya məktublarının alınmasını təmin edə bilir. Eyni zamanda, xarici bankların vəsaitləri hesabına layihələrin 10 ilə qədər müddətdə maliyyələşdirilməsinə şərait yaratmaq imkanındadır.
Bütün bunlar iş adamları üçün böyük fürsətlər deməkdir. Belə ki, ABB-nin sənədli əməliyyat məhsulları hesabına müştərilər beynəlxalq ticarət əməliyyatlarını, hesablaşmalarını heç bir gecikmə yaranmadan həyata keçirə bilirlər. ABB-nin  istənilən filialına  müraciət etməklə bu imkanlardan yararlanmaq olar.
ABB-nin müasir, faydalı və universal məhsul və xidmətləri barədə məlumatları Bankın filial və şöbələrindən, https://abb-bank.az/ rəsmi internet səhifəsindən və ya 937 nömrəli Məlumat Mərkəzindən, həmçinin rəsmi Facebook səhifəsindən əldə etmək olar.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol