Dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən gəlir 15 milyon manatı ötüb

2022-ci ilin yanvar-martında dövlət əmlakının özəlləşdirilməsi və icarəyə verilməsindən Azərbaycanın dövlət büdcəsinə daxilolmalar 15,2 milyon manat (8,94 milyon ABŞ dolları) təşkil edib.İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri üzrə Dövlət Xidməti xəbər verir.
"2022-ci ilin yanvar-martında dövlət əmlakının özəlləşdirilməsindən dövlət büdcəsinə daxilolmalar 8,8 milyon manat olub. Bundan başqa, dövlət əmlakının icarəyə verilməsindən dövlət büdcəsinə daxilolmalar 6,4 milyon manat təşkil edib", - xidmətdən bildirilib.
2022-ci ilin birinci rübündə dövlət əmlakının özəlləşdirilməsi üzrə 19 hərrac keçirilib. Hərraclarda 10 səhmdar cəmiyyətinin, 6 kiçik dövlət müəssisəsinin səhmləri və 174 min manatlıq avtomobili özəlləşdirilib.
3 ay ərzində qeyri-yaşayış sahəsi üzrə də 653 icarə müqaviləsi bağlanıb. Bunlardan 226-sı qeyri-yaşayış sahələrinə, 427-si isə torpaq sahələrinə aiddir.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























