Azərbaycanda yeni fındıq emalı zavodu açılacaq

"Azərbaycan Aqrarko” MMC yaxın aylarda Azərbaycanın şimal qərbində yerləşən Zaqatala rayonunda da yeni fındıq zavodu açmağı planlaşdırır, bunu "Aqrarko”nun baş direktoru Cavid Kazımov bildirib.
"Yaxın aylarda 20 min ton fındıq və 7 min ton üyüdülmüş fındıq istehsal edəcək qabaqcıl texnologiyalarla təchiz edilmiş yeni zavodumuzu açmağa hazırlaşırıq. Qeyd etmək istəyirəm ki, dünyada belə gücə malik zavodlar azdır”, - Kazımov qeyd edib.
O, həmçinin söyləyib ki, ötən mövsümdə Azərbaycanda 67 min ton fındıq yığılıb. Onun da 23 min tonu təmizlənib.
Kazımovun sözlərinə görə, "Aqrarco” hazırda beynəlxalq təşkilatlarla fındıq qabıqlarının təkrar emalı layihəsi üzərində işləyir. "Fındıq qabığı təkrar emal olunduqdan sonra onun böyük tətbiq potensialı yaranır. Belə ki, qabıq təkrar emal edilə, gübrə kimi istifadə oluna, həmçinin aktivləşdirilmiş karbona çevrilə bilər. Bu baxımdan müəssisə FAO ilə sıx əməkdaşlıq edir", - Kazımov vurğulayıb.
Aqrarko 2017-ci ilin martında üç kənd təsərrüfatı şirkətinin birləşməsi nəticəsində yaradılıb. Müəssisənin müxtəlif meyvələrin yetişdirilməsi üçün bağları və onların emalı üçün müəssisələri var.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























