Serbiya 2023-cü ildən Azərbaycandan təbii qaz almağa başlayacaq

Serbiya 2023-cü ilin sentyabrından Azərbaycandan təbii qaz almağa başlamağı planlaşdırır. Bunu Serbiyanın Baş nazirinin müavini və dağ-mədən və energetika naziri Zorana Mixayloviç deyib.
Mixayloviç izah edib ki, Serbiyanı Bolqarıstanla birləşdirəcək Niş-Dimitrovqrad qaz kəməri sayəsində qaz tədarükünü artırmaq mümkün olacaq. Qaz kəmərinin tikintisinin gələn il başa çatdırılması planlaşdırılır. Nazir qeyd edib ki, indi Serbiya yalnız bir təchizatçıdan (Rusiya - red.) asılıdır.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























