• $
  • €
  • ₽
  • ₺
  • £

Xəzərdəki neft-qaz yataqlarında monitorinqlər aparılıb

Xəzərdəki neft-qaz yataqlarında monitorinqlər aparılıb
15.04.2022 21:30
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Azərbaycan Dövlət Neft Şirkəti və Bakı Beynəlxalq Dəniz Ticarət Limanının mütəxəssislərindən ibarət ekspedisiya qrupu Xəzər dənizində monitorinqlər aparıb. Bunu ekspedisiya qrupunun rəhbəri, Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov bildirib.

Monitorinqin məqsədi Xəzər dənizinə və onun ətraf mühitinə təsirlərin müəyyənləşdirilmək, mövcud ekoloji vəziyyətin qiymətləndirilmək olub.

Monitorinq Azərbaycanın Milli Qəhrəmanı Əlif Hacıyevin adını daşıyan elmi-tədqiqat gəmisi ilə aparılıb.

Mahmudov qeyd edib ki, ekspedisiya qrupu Xəzər dənizinin Azərbaycan sektorunda fəaliyyət göstərən "Bahar”, "8 mart”, "Ələt-dəniz”, "Bulla-dəniz”, "Ümid”, "Şahdəniz”, "Abşeron”, "Çıraq”, "Mərkəzi Azəri”, "Günəşli”, "Neft Daşları”, "Palçıq pilpiləsi”, "Çilov”, "Səngəçal-dəniz-Duvannı-dəniz-Xərə-Zirə”, "28 may” NQÇİ, JOCAP neft-qaz yataqlarında kompleks tədqiqatlar və monitorinqlər keçirib: "Monitorinqlər zamanı 80 müxtəlif koordinat üzrə 292 su, qrunt, zooplankton, bentos və hava nümunələri götürülüb, dəniz üzərində atmosfer havasının çirklənmə vəziyyəti öyrənilib, hidrometeoroloji ölçmələr aparılıb, biomüxtəliflik tədqiq edilib. Eləcə də, həm şimalda, həm də cənubda Xəzər dənizinin fon müşahidələri aparılıb".

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol