• $
  • €
  • ₽
  • ₺
  • £

Unibankdan ölkədə bir ilk - Multivalyutalı bank kartı

Unibankdan ölkədə bir ilk - Multivalyutalı bank kartı
15.04.2022 15:59
Unibank 3 illik strategiyasına uyğun olaraq çox ciddi dəyişikliklərə imza atmaqla, bütün addımları Bankın yeni mərhələsi olan transformasiya vizyonuna – Unibank 3.0-a uyğunlaşdırmaqda davam edir. "Unibank- Sənin Bankın” istiqamətində görülən işlərin növbəti mərhələsi kimi "UCard – Sənin kartın” konsepti yaranır. Bütün bu işlər isə müştəriyönümlülüyü daha da gücləndirməyə xidmət edir. Xarici marketinq məsləhətçilərinin iştirakı ilə yaradılan yeni kart məhsulu -UCard, müştərilərin ehtiyacları və gələcək gözləntilərinə hesablanıb. Yeni məhsulun yaranması prosesində ATM-lərin təkmilləşdirilərək müştəriyönümlü olmasına xüsusi diqqət yetirilib. Nəticə etibarı ilə isə yalnız UCard deyil, ümumilikdə bu qədər çoximkanlı kart ekosistemi müştərilərin istifadəsinə verilib. 

"Unibank”in ölkə bank bazarında ilk olan kredit və multivalyutalı debet kartını özündə birləşdirən tək kartı – UCard artıq müştərilərin istifadəsinə hazırdır.
 
UCard 4 fərqli valyutada hesabları olan (AZN, USD, EUR, GBP) debet kartını və AZN valyutalı kredit xəttini birləşdirən tək kartdır. Hər parametri ilə müştərinin tələbatına və rahatlığına uyğunlaşdırılan yeni məhsul, Unibank müştərisinə istər ölkə daxilində, istər xaricdə tək kart məhsulu ilə istədiyi əməliyyatları etmək, debet və kredit imkanlarından rahatlıqla istifadə imkanı yaradacaq. Eyni anda kartdan həm debet, həm kredit xətti kimi istifadə edə biləcək. UCard-ın görünüşü də imkanlarına uyğundur: tam qızılı rəngdə- diqqətçəkən və gözoxşayan  


UCard özündə müştərinin arzuladığı üstünlükləri birləşdirib:

- Pulsuzdur- hər kəs ala bilər;
- Kartın müddəti -5 illik;
- 40 günədək faizsiz kredit xətti;
-10.000 AZN-dək güzəşt müddətli kredit xətti və 20 000 AZN-dək nağd kredit imkanı;
- Kart qalığına illik 5%-dək gəlir;
- 30%-dək keşbek;
- Taksit imkanı;
-Unibank ATM-lərində öz vəsaitini 0% komissiya ilə nağdlaşdırma;
- Müxtəlif valyutalı hesablardan istədiyini əsas hesab seçmək imkanı (həm mobil bankda, həm ATM-də)

ATM-lərdə UCard istifadə etməklə hər 4 hesabdan əməliyyat etmək, bank hesablarını görmək, UCard-ın əsas hesabını seçmək mümkündür. Kartın və ATM proqramlarının təkmilləşdirilməsi daimi proses kimi davam etdiyindən, yaxın vaxtlarda digər yeniliklər də olacaq. Gələcəkdə birbaşa ATM-lərdə müxtəlif əməliyyatlar etmək imkanı (pul köçürməsi, istənilən (karta bağlı olmayan) cari hesabdan nağdlaşdırma) da yaradılacaq. 

"Unibank”ın sizə yaxın filialına yaxınlaşaraq, yerindəcə dərhal və pulsuz UCard əldə edə bilərsiniz. 

UCard – Sənin kartın!

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol