• $
  • €
  • ₽
  • ₺
  • £

“PAŞA”dan yüksək vəzifəyə gedən məmurlar - SİYAHI

“PAŞA”dan yüksək vəzifəyə gedən məmurlar - SİYAHI
15.04.2022 16:09
Azərbaycan Respublikası Mərkəzi Bankının yeni sədri, 38 yaşlı  Taleh Kazımov uzun müddət maliyyə sektorunda fəaliyyət göstərib. "Bank Standard”da fəaliyyətə başlayan Kazımov 2011-ci ilindən son təyinata qədər ölkəmizin ən böyük banklarından birində – "Paşa Bank”da İdarə Heyətinin sədri və baş icraçı direktor vəzifəsində çalışıb.

"Paşa Bank” "Paşa Holdinq”in çoxsaylı törəmə şirkətlərindən biridir. Holdinq sığorta, bankçılıq, səyahət və turizm, tikinti-inşaat və digər biznes sahələrində fəaliyyət göstərir. Azərbaycanda, Gürcüstanda, Türkiyədə və digər ölkələrdə nümayəndəlikləri mövcuddur.

Mərkəzi Bankın sədri Taleh Kazımov bu holdinqdə çalışan və yüksək vəzifəyə təyin edilən ilk şəxs deyil. Bundan öncə də adıçəkilən holdinqdən yüksək vəzifələrə irəli çəkilən məmurlar az olmayıb.

Hokm.az ölkənin ən böyük holdinqlərindən olan – "Paşa Holdinq”dən yüksək vəzifəyə gedən yüksək rütbəli digər məmurların siyahısını təqdim edir:
 

 
Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin köməkçisi Andrey Sipilin "PAŞA Construction” şirkətində İnsan resursları və idarəetmə departamentinin direktoru vəzifəsində çalışıb. Bundan əvvəl isə "McDermott” şirkətində müxtəlif vəzifələrdə işləyib. İxtisasca həm hüquqşünas, həm də iqtisadçı olan Sipilin Azərbaycanın tanınmış hüquqşünaslarından olan, Ali Məhkəmənin hakimi Tatyana Qoldmanın yeganə övladıdır. Milliyətçə yəhudi olan Tatyana Aleksandrovna Bakı şəhərində anadan olub.
 

 
Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin sədri Zaur Mikayılov "PAŞA Construction” tikinti şirkətində yüksək vəzifələr tutub. Ardınca "Port Baku Towers”in, "Agro Dairy” MMC-nin və Azərbaycan Marketlər Şəbəkəsinin ("Bravo”) baş direktoru vəzifələrini daşıyıb.
 

 
Azərbaycan Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev "Paşa Construction” şirkətinin direktoru vəzifəsində çalışıb. 2007–2009-cu illərdə isə "Bakı Dəmir-Beton”ASC-də baş direktor işləyib. Üç ildir ki, Azərbaycanda turizm siyasətinin həyata keçirilməsinə rəhbərlik edir.
 

 
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev də "Paşa Holdinq”in yetirməsidir. TƏBİB və digər qurumların daxil olduğu agentliyin sədri "PAŞA Holdinq”də və "PAŞA Sığorta” ASC-də müxtəlif rəhbər vəzifələr tutub. ABŞ-ın dünyaca məşhur "Harvard” Universitetinin məzunudur.
 

 
Milli Məclisin deputatı Bəhruz Məhərrəmov "PAŞA Sığorta” şirkətində məsul postlarda işləyib. Bundan əlavə deputat Azərbaycan Beynəlxalq Bankında, "Avromed company” şirkətində, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsində, karyera başlanğıcında isə televiziya jurnalisti kimi çalışıb. Azərbaycan-Yunanıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu, İnsan hüquqları komitələrinin üzvüdür.







 

 



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol