Azərbaycanda neft hasilatı aşağı düşüb

2022-ci ilin birinci rübündə Azərbaycanda neft və qaz kondensatı hasilatı 8 milyon 347,8 min ton təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 5,3% azdır. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
O cümlədən, 8 milyon 323,4 min ton ( 5,4% azalıb) əmtəəlik neft və qaz kondensatı hasil edilib.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2022-ci ilin yanvar-martında Azərbaycanda qaz hasilatı 11 milyard 802,9 milyon kubmetr (13,5% artıb) təşkil edib. Eyni zamanda, əmtəəlik qaz hasilatı 9 milyard 84,3 milyon kubmetr (16,4% artıb) olub.
2021-ci ildə Azərbaycanda neft qaz kondensatı istehsalı 34 milyon 580,7 min ton (2020-ci illə nisbətən 0,1% azalıb), qaz hasilatı isə 43 milyard 863,5 milyon kubmetr (18,1% artıb) təşkil edib.
Azərbaycan neftinin Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə ineft xracı 2022-ci ilin birinci rübündə 2021-ci ilin eyni vaxtı ilə müqayisədə 6,87 milyon tondan 6,67 milyon tona qədər azalıb.
BTC ilə ixrac edilən tranzit neftin həcmi isə 1,201 milyon tona kimi artıb. 2021-ci ilin eyni dövründə bu göstərici ki 0,858 milyon ton idi. Bu əsasən Türkmənistan neftinin daşınmasının artması hesabına baş verib.
Azərbaycanın neft ixracının 77,2%-i BTC boru kəmərinin payına düşür. Cəmi 2022-ci ilin yanvar-martında Azərbaycan magistral boru kəmərləri ilə 8,6 milyon ton neft ixrac edib.
BTC nin ümumi uzunluğu 1768 kilometrdir. Boru kəmərinin ötürmə qabiliyyəti ildə 50 milyon tondur. Bu kəmər Azərbaycan neftini Türkiyənin ceyhan limanına oradan isə tankerlərlə dünya bazarına çıxarmağa imkan verir.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























