Azərbaycanda qızıl istehsalı 26,7% azalıb

2022-ci ilin yanvar-martında Azərbaycanda qızıl istehsalı 608,2 kiloqram təşkil edib ki, bu da 2021-ci ilin analoji dövrü ilə müqayisədə 26,7% azdır. Bu barədə Dövlət Statistika Komitəsindən bildirilib.
Hesabat dövründə gümüş hasilatı 1331,6 kiloqram (10,2% artıb) təşkil edib.
Hasil edilmiş qızıl və gümüş emal sənayesinə təhvil verilib.
Statistikaya görə, 2022-ci il aprelin 1-nə istehsal müəssisələrinin anbarlarında hasil edilmiş qızıl ehtiyatları 210,8 kiloqram, gümüş isə - 615,1 kiloqram təşkil edir.
Azərbaycanda qızıl hasilatı hazırda iki şirkət tərəfindən həyata keçirilir. 1997-ci il avqustun 21-də Azərbaycan Anglo Asian Mining PLC şirkəti ilə 6 yatağın işlənməsini nəzərdə tutan müqavilə imzalayıb. Müqavilədə Azərbaycanın payı 51%, Anglo Asian Mining PLC - 49% təşkil edir. Müqaviləyə əsasən, bu yataqlardan 400 ton qızılın çıxarılması planlaşdırılır.
Bundan əlavə, Azərbaycan Prezidenti İlham Əliyevin 11 fevral 2015-ci il tarixli sərəncamı ilə yaradılmış "AzerGold” QSC də qızıl hasilatı ilə məşğuldur.
Cəmiyyət Qaradağ, Çovdar, Heydər, Dağkəsəmən, Köhnəmədən ərazisi və Küryakçay hövzəsinin qızıl və dəmir filizi yataqlarının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və idarə edilməsi ilə məşğuldur.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























