Azərbaycan buğda idxalını 6,8 dəfə artırıb

2022-ci ilin yanvar-fevralında Azərbaycana buğda idxalı 150,6 min ton təşkil edib ki, bu da bir il əvvəlkindən 6,8 dəfə çoxdur. Bu barədə Dövlət Statistika Komitəsi məlumat verib.
Statistikaya əsasən, respublikaya idxal olunan buğdanın ümumi dəyəri 51 milyon 953,3 min dollar (9,2 dəfə artıb) təşkil edib.
Hesabat dövründə Azərbaycan həmçinin 44,302 min ton xam şəkər və şəkər (34,5% artıb), 28,747 min tonn bitki yağları (1,8 dəfə artıb), 1,745 min tonn çay (9,1% azalıb), 2,726 min tonn kərə yağı, süddən hazırlanan digər yağlar və pastalar (60% artıb) idxal edib.
Bununla yanaşı Azərbaycan 759,3 ton ət (44% azalıb), 5,635 ton quş əti və quş ətindən hazırlanan məhsullar (48,5%) idxal edib.
Hesabat dövründə respublikaya 26,229 min ton meyvə (artım 15,5%), 8,089 min ton (azalma 39,2%) tərəvəz, idxal edilib. ) 4 milyon 575,7 min dollar (azalma 28,3%), kartof 46,309 min ton (artım 10,9%) 12 milyon 329,5 min dollar (artım 18,4%).
Yanvar-fevral aylarında Azərbaycandan 27 milyon 327 min dollar (artım 1,6 dəfə) dəyərində 23,254 min ton tərəvəz (artım 40,5%), 46,309 min ton kartof (10,9% artıb) idxal edilib.
Həmçinin, hesabat dövründə Azərbaycandan 1 milyon 375,7 min ABŞ dolları dəyərində 1,191 min ton meyvə-tərəvəz şirələri (azalma 39,7%), 18,6 min dekalitr təbii üzüm şərabları və üzüm şirəsi ((azalma 50,3%)) ixrac edilib.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























