ARDNF aktivlərinin strukturunda ABŞ dolları ilə investisiya portfelinin payı artıb

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) hələ də aktivlərinin əsas hissəsini ABŞ dollarında yerləşdirməyə üstünlük verir. ABŞ valyutasında aktivlərin payı 70% təşkil edir. Bu barədə ARDNF-dən məlumat verilib.
31 mart 2021-ci il tarixinə ARDNF-nin aktivləri 45 milyard 263,99 milyon dollar, investisiya portfeli isə 45 milyard 263,33 milyon dollar təşkil edib.
İnvestisiya portfelinin strukturuna nəzər salsaq görərik ki, onun 70%-i ABŞ dollarında (2021-ci ilin sonunda - 69%), 19,5%-i avroda (2021-ci ilin sonunda - 19,5%), 4,8%-i - funt sterlinqlə (2021-ci ilin sonunda - 5,1%), 0,6% - Avstraliya dolları (2021-ci ilin sonunda - 0,6%), 0,4% - türk lirəsi (2021-ci ilin sonunda - 0,4%), 0,3% - Rusiya rublu (2021-ci ilin sonunda - 0,6%), 1,3% - Çin yuanı (2021-ci ilin sonunda - 1,3%), 1,1% - Yapon yeni (2021-ci ilin sonunda - 1,4%), 2% - isə digər valyutalarda (2021-ci ilin sonunda - 2,1%) saxlanılıb.
Fonddan verilən məlumata görə, ARDNF-nin investisiya portfelinin 28,9%-i Şimali Amerikada (2021-ci ilin sonunda - 29,3%), 28%-i Avropa ölkələrində (2021-ci ilin sonunda - 28,2%), 21,1%-i Asiya-Sakit Okean regionu ölkələrində (2021-ci ilin sonunda - 21,6%), qalanları isə digər regionların payına düşür.
Məlumata görə, fondun investisiya portfelinin 61,9%-i istiqrazlar və pul bazarı alətlərində (2021-ci ilin sonuna - 61,8%), 17,9%-i səhmlərdə (2021-ci ilin sonuna - 19%), 6,3%-i - daşınmaz əmlaka (2021-ci ilin sonunda - 6,1%) qoyulub.
ARDNF aktivlərində qızılın payı 13,9% (2021-ci ilin sonunda - 13,1%) təşkil edir ki, bu da 101,8 tona (2021-ci ilin sonunda - 101,8 ton) bərabərdir.
Fonddan verilən məlumata görə, ARDNF-nin vəsaitlərinin 91,3%-i yüksək reytinqli A, AA və AAA aktivlərində yerləşdirilib.
Azərbaycan Neft Fondunda neft və qaz müqavilələrinin həyata keçirilməsindən əldə edilən gəlirlər akkumilyasiya olunub.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























