• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” Beynəlxalq Kitab günü münasibətilə sosial media müsabiqəsinə start verir

“Nar” Beynəlxalq Kitab günü münasibətilə sosial media müsabiqəsinə start verir
23.04.2022 13:02
"Nar” Beynəlxalq Kitab günündə Azərbaycanın ən böyük ödənişsiz səsli kitabxanası olan "Canlı Kitab” layihəsindən daha çox insanın xəbərdar olması və faydalanması üçün "Facebook” və "Instagram” səhifələrində maraqlı müsabiqə keçirir. Mobil operatorun sosial media səhifələrini izləməklə müsabiqənin şərtləri ilə tanış ola və dəyərli hədiyyələrdən birini qazana bilərsiniz. 
 
Azərbaycandilli auditoriya üçün yaradılmış "Canlı Kitab” səhifəsində 70-dək müəllifin 600-ə yaxın bədii ədəbiyyat əsəri səsləndirilib. Qısa zaman ərzində zəngin kitabxana quran "Canlı Kitab”,  bədii ədəbiyyatı görmə məhdudiyyətli insanlara, həmçinin vaxt azlığı səbəbindən kitab oxumağa imkanı olmayan şəxslərə çatdırır. Beynəlxalq Kitab günü münasibətilə "Belə-belə işlər” komandası da bu audio kitabxananın ərsəyə gəlməsi və önəmi barədə maraqlı videosüjet hazırlayıb. Videosüjeti "Belə belə işlər” layihəsinin sosial media səhifələrindən izləyə bilərsiniz.
 
"Canlı Kitab” layihəsi mobil operator "Nar”ın dəstəyilə ərsəyə gəlib və bu tərəfdaşlıq sayəsində audio kitabxana yenilənir və ödənişsiz əsasda fəaliyyət göstərir. Hazırda audio resursların digər sosial media platformalarına yerləşdirilməsi prosesi başlayıb. Yaxın günlərdə səsli kitab həvəskarları "SoundCloud” üzərindən də "Canlı Kitab”ı dinləyə biləcəklər.
 
"Azerfon” şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı şirkətlərindən birinə çevrilib. "Nar” ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini abunəçilərinin istifadəsinə verib. Şirkət son 3 ildə Müştəri Loyallığı İndeksinə görə ölkədə lider mobil operatordur.



www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol