• $
  • €
  • ₽
  • ₺
  • £

Bolqarıstan yeni sxem üzrə Qazprom-a ödəniş etməkdən imtina edib

Bolqarıstan yeni sxem üzrə Qazprom-a ödəniş etməkdən imtina edib
27.04.2022 08:11
"Qazprom Export” MMC aprelin 27-dən etibarən Bolqarıstana qaz təchizatının dayandırılacağı barədə Bulgargaz-a məlumat verib. Bu barədə Bolqarıstan Energetika Nazirliyi məlumat verib. 

Eyni zamanda, hesabatda qeyd olunur ki, "Bolqarıstan tərəfi öz öhdəliklərini tam yerinə yetirib və bu saziş üzrə tələb olunan bütün ödənişləri vaxtında, ciddi şəkildə və onun bəndlərinə uyğun olaraq həyata keçirib”.

Energetika Nazirliyi  "Bulgargaz”ın məlumatına istinadla qeyd edir ki,  Rusiyanın təklif etdiyi yeni iki mərhələli ödəniş proseduru cari ilin sonuna qədər mövcud müqaviləyə uyğun gəlmir və Bolqarıstan üçün əhəmiyyətli risklər yaradır. Rusiyadan qaz almamış ödənişlər etməyi də Bolqaarıstan riskli əməliyyat hesab edir. .

Energetika Nazirliyi, Bolqarıstanın Enerji Holdinqi, "Bulgargaz” və "Bulqartransqaz” təbii qaz tədarükü üçün alternativ mexanizmlərin yaradılması və yaranmış vəziyyəti həll etmək istiqamətində addımlar atır.
 
Bolqarıstan rəsmiləri əmin edirlər ki, hazırda Bolqarıstandaqaz qıtlığı gözlənilmir. 
 
Martın 31-də Rusiya Federasiyasının prezidenti Vladimiz Putin "Xarici alıcılar tərəfindən Rusiya təbii qaz tədarükçüləri qarşısında öhdəliklərin yerinə yetirilməsinin xüsusi qaydası haqqında” 172 nömrəli Fərman imzalayıb.
 
Sənədə əsasən, 2022-ci il aprelin 1-dən sonra  Rusiya boru kəməri ilə ixrac etdiyi qazın pulunu rublla ödənilməsini tələb edir. 

Bu məqsədlə səlahiyyətli maliyyə qurumunda - Qazprombankda xarici alıcılar üçün "K" tipli xüsusi rubl ilə valyuta hesabları açılıb.
 
Hazırda isə xarici alıcılar qazı ixrac  müqaviləsində göstərilən  valyutada ödəyir, Qazprombank  onu Moskva birjasında sataraq rubla çevirir və  Qazproma köçürür. Məhz bu anda təbii sərvət üçün ödəmə öhdəliyi yerinə yetirilmiş hesab olunur.
 
Bolqarıstan həmçinin Azərbaycan qazının hazırda alıcısıdır. Belə k, Azərbaycan qazı  Transadriatik qaz kəməri ilə Yunanıstana daxil olur və oradan köməkçi qaz kəməri ilə Bolqarıstana verilir. Bu il Azərbaycan Bolqarıstana  1 milyard kubmetr qaz verməlidir. Keçən il bu rəqəm 300 milyon kubmetr olub. 
 
Hazırda Azərbaycan qazının Bolqarıstana verilməsi üçün Yunanıstan Bolqarıstan interkonnektoru tikilir. Onun tikintisinin bu ilin yayında bitəcəyi proqnozlaşdırılır. 
 
N.Təbrizli

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol