• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda 2022-ci ilin 1-ci rübündə qazma, hasilat, emal və ixrac

Azərbaycanda 2022-ci ilin 1-ci rübündə qazma, hasilat, emal və ixrac
29.04.2022 07:13
2022-ci ilin birinci rübündə SOCAR 18 min metrdən artıq qazma işləri həyata keçirib ki, bu da keən ilin uyğun dövrünün göstəricisindən 2,7 dəfə çoxdur. Hesabat dövründə şirkət 1,9 milyon ton neft və 1,9 milyard kubmetrdən çox qaz hasil edib.Bu barədə Anyus.az-a Azərbaycan DÖvlət Neft Şirkətindən məlumat verilib. 

Azərbaycanda neft və qaz hasilatı ilə məşğul olan xarici şirkətlərin birləşdiyi konsorsiumun fəaliyyətini də nəzərə alsaq ölkədə neft və qaz hasilatı 8,3 milyon ton və 11,8 milyard kubmetr təşkil edib. Neft hasilatı keçən ilin uyğun dövrü ilə müqayisədə azalsa da qaz hasilatı 13,5 faiz artıb.

Hesabat dövründə SOCAR dünya bazarına təxminən 4,1 milyon ton xam neft, Gürcüstana isə 770 milyon kubmetr təbii qaz ixrac edib. SOCAR-ın Gürcüstana qaz ixracı ötən ilin müvafiq dövrü ilə müqayisədə 50,6% artıb. SOCAR həm öz vəsaiti hesabına hasil edilən xam nefti, həm də SOCAR və Azərbaycanın beynəlxalq konsorsiumlarının neft hasilatındakı paylarını ixrac edir. Ümumilikdə ölkədən 6,7 milyon ton neft və 5,9 milyard kubmetr qaz ixrac edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə ölkənin qaz ixracında 14,7% artım qeydə alınıb.

Şirkətin Azərbaycandakı neft emalı kompleksi 1,6 milyon ton0 neft və 948 milyon kubmetr təbii qaz emal edib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə neft emalı 9,7 faiz artıb.

2022-ci ilin birinci rübündə SOCAR Azərbaycandakı müəssisələri tərəfindən hasil edilən 561 min tona yaxın neft, neft və qaz kimyası məhsulunu xaricə ixrac edib. Ölkə üzrə təbii qaz istehlakı 9,3% artaraq 4,8 milyard kubmetrə yaxın olub. Karbamid və metanol zavodlarının istehsalının, eləcə də məişət qazının idxalının kəskin artması ölkədə qaz istehlakının artmasına səbəb olub.

N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol