Dünyanın aparıcı ölkələrundə inflyasiya rekord həddə çatıb

İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatına (İƏİT) daxil olan ölkələrdə istehlak qiymətləri 2022-ci ilin martında 8,8% bahalaşıb. Fevral ayında bi göstərici 7,8%, 2021-ci ilin martında isə 2,4% idi.
İƏİT-nin verdiyi məlumta görə, bu, 1988-ci ilin oktyabrından bəri ən yüksək artım tempidir.
Ötən aydan əvvəlki ayda ikirəqəmli inflyasiya göstəriciləri təxminən hər beş ölkədən birində qeydə alınıb, qiymətlərdə ən ciddi artım Türkiyədə 61,1% səviyyəsində olub.
İƏİT ölkələrində enerji xərcləri martda 33,7% (fevralda 26,6% olub) yüksəlib ki, bu da 1980-ci ilin mayından bu yana rekord göstəricidir. Ərzaq qiymətləri martda 10% bahalaşıb, halbuki fevralda ərzağın 8,7% bahalaşdığı qeydə alınmışdı.
Təşkilat bildirib ki, ərzaq və enerji xərcləri nəzərə alınmadan istehlak qiymətləri (baza inflyasiya) martda 5,9% artıb. Fevralda bu rəqəm 5,6% idi.
İstehlak qiymətlərinin sürətləndirilmiş artımı bütün G7 ölkələrində qeydə alınıb, ən əhəmiyyətli sıçrayış Almaniyada olub (fevralda 7,3%-ə qarşı martda 5,1% təşkil edib). Yaponiyada qiymətlər ən az nəzərəçarpacaq dərəcədə artıb. Bu ölkədə bahalaşma martda 1,2%, fevralda isə 0,9% olub.
Avrozonada inflyasiya (HICP indeksi) martda 7,4%, fevralda 5,9% olub.
Avropa İttifaqının Statistika İdarəsinin ilkin qiymətləndirməsi apreldə HICP-nin artım tempinin 7,5%-ə, baza inflyasiyasının isə 3,5%-ə qədər sürətləndiyini proqnozlaşdırır.
1961-ci ildə yaradılmış İƏİT dünyanın ən inkişaf etmiş 37 ölkəsini özündə birləşdirən aparıcı iqtisadi təşkilatlardan biridir. Hazırda Avstraliya, Avstriya, Belçika, Böyük Britaniya, Macarıstan, Almaniya, Yunanıstan, Danimarka, İsrail, İrlandiya, İslandiya, İspaniya, İtaliya, Kanada, Kolumbiya, Latviya, Litva, Lüksemburq, Meksika, Hollandiya, Yeni Zelandiya, Norveç, Polşa daxildir, Portuqaliya, Slovakiya, Sloveniya, ABŞ, Türkiyə, Finlandiya, Fransa, Çexiya, Çili, İsveçrə, İsveç, Estoniya, Cənubi Koreya və Yaponiya bu təşkiatın üzvüdür.
İƏİT-nin baş qərargahı Parisdə yerləşir.
N.Təbrizli
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır