• $
  • €
  • ₽
  • ₺
  • £

Bakı Fond Bijasında əməliyyatlar üzrə dövriyyə artıb

Bakı Fond Bijasında əməliyyatlar üzrə dövriyyə artıb
04.05.2022 22:04
2022-ci ilin yanvar-aprelində Bakı Fond Birjasında (BFB) bütün alətlər (törəmə alətlər istisna olmaqla) üzrə birja əməliyyatlarının ümumi dövriyyəsi 6 milyard 470 milyon 138,46 min manat təşkil edib ki, bu da 2021-ci ilin analoji dövrünün göstəricisindən 12,1% çoxdur, bu barədə  BFB məlumat verib.

Ümumi əməliyyatların 3 milyard 530 milyon 368,988 min manatı  dövlət qiymətli kağızları ilə aparılan əməliyyatların payına düşüb ki, bu da ötən ilin uyğun dövrü ilə müqayisədə 8,4% azdır. Eyni zamanda 616 milyon 246,568 min manat (azalma 39,5%) həcmində  Maliyyə Nazirliyi tərəfindən buraxılan istiqrazlar yerləşdirilib. İstiqrazların ilkin bazarda yerləşdirilməsinin həcmi 413 milyon 122,563 min manat, təkrar bazarda isə - 203 milyon 124,005 min manat təşkil edib.

Hesabat dövründə Mərkəzi Bankın qısamüddətli notlarının yerləşdirilməsinin həcmi 2 milyard 914 milyon 122,421 min manat (artım 2,8%) təşkil edib. Bununla yanaşı, ilkin bazarda notların yerləşdirilməsinin həcmi 2 milyard 902 milyon 983,64 min manat, təkrar bazarda isə 11 milyon 138,781 min manat təşkil edib.

O cümlədən,  194 milyon 328,726 min manat həcmində Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun istiqrazları yerləşdirilib. Digər korporativ istiqrazların yerləşdirilməsinin həcmi 193 milyon 559,255 min manat, səhmlərin yerləşdirilməsinin həcmi 10 milyon 545,017 min manat təşkil edib.

Yanvar-apreldə BFB-nin ümumi dövriyyəsində repo əməliyyatlarının payı 2 milyard 541 milyon 336,475 min manat (artım 1,4 dəfə) təşkil edib.

BFB-dən verilən məlumata görə, birjanın kapitallaşması (listinqdə olan qiymətli kağızların dəyəri) martın sonuna 4 milyard 89 milyon 314,695 min manat təşkil edib ki, bu da 2022-ci ilin əvvəli ilə müqayisədə 6,4% azdır.
 
2021-ci ildə BFB-nin dövriyyəsi 18,6% artaraq rekord həddə - 15,3 milyard manata çatıb.


N.Təbrizli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol