• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ-nin Rusiya neftindən imtinası qiymətlərə təsir edəcək - Fitch

Aİ-nin Rusiya neftindən imtinası qiymətlərə təsir edəcək - Fitch
12.05.2022 18:10
Avropa Komissiyasının Rusiyadan neft və neft emal məhsullarının alınmasına təklif etdiyi embarqo qısa müddətdə neftin qiymətini yüksək səviyyədə saxlayacaq. Bunu "Fitch Ratings" beynəlxalq reytinq agentliyinin analitikləri proqnozlaşdırır.  

Eyni zamanda, ekspertlər gözləyirlər ki, qadağa Aİ-nin bütün üzvləri tərəfindən təsdiqlənərsə, o, mərhələli şəkildə tətbiq olunacaq və Rusiya ixracından  ən çox asılı olan ölkələr, o cümlədən Çexiya, Slovakiya və Macarıstan embarqoya riayət etməkdən müvəqqəti azad olunacaqlar.

Fitch analitikləri 2019-cu ilin məlumatlarına əsaslanaraq bildirirlər ki, embarqo gündə təxminən 3 milyon barel neft və təxminən 2 milyon barel neft məhsullarının ixracına  təsir göstərə bilər.

Rusiyanın bu həcmlərin bir hissəsini Asiyaya yönləndirmək imkanı var. Amma Rusiya bu zaman da  Aİ-də müzakirə olunan başqa bir qadağası ilə üzləşə bilər. Belə ki,  Avropa İttifaqı Rusiya yüklərinin dəniz ilə daşınması və bu yüklərin sığortalanmasına qadağa qoyub. 

 2022-ci ilin sonuna qədər Rusiyada neft hasilatı sutkada 2-3 milyon barel azala bilər. Müxtəlif mənbələrdən əldə edilən məlumatlara əsasən Fitch Rusiya Federasiyasında hasilatın azalmasını təxmin edir və  bu  sutkada təxminən 1 milyon barel təşkil edəcək.

Bunu nəzərə alaraq, analitiklər əvvəllər profisit ehtimalını düşünürdülərsə artıq 2022-ci ildə qlobal neft bazarında kəsirin olacağını proqnozlaşdırırlar.  Onların fikrincə, bazarda  təklifin  olmaması və geosiyasi risklər səbəbindən neft qiymətləri növbəti iki il ərzində yüksək olacaq. 

Fitch hesab edir ki, Rusiya istisna olmaqla, OPEC+ ölkələri gündəlik 4 milyon bareldir neft hasil edə bilərlər və bu zaman əsas güc  Səudiyyə Ərəbistanı (2 milyon barel) və BƏƏ (1 milyon barel) payına düşəcək. İranla , nüvə danışıqlarında irəliləyiş əldə olunarsa, bu ölkə qlobal bazara  təxminən 1 milyon barel neft çıxara bilər.  ABŞ neft şirkətləri də hasilatı sutkada 1 milyon barel artıra bilərlər. 
 
N.Təbrizli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol