Azərbaycanla Avropa İttifaqı arasında ticarət dövriyyəsi artıb

2021-ci ildə Azərbaycanla Avropa Ittifaqı ölkələri arasında ticarətin həcmi rekord həddə - 15,4 milyard avro təşkil edib. Bu barədə Avropaİttifaqının Azərbaycadakı səfiri Piter Mixalko bildirib.
"Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşı, ən böyük ixrac bazarı və ən böyük investisiya mənbəyi olaraq qalır. Biz nəinki ticarətin pandemiyadan əvvəlki səviyyəsinə qayıtdıq, həm də bu göstəricini ötdük. 2021-ci ildə ticarət dövriyyəmiz rekord həddə - 15,4 milyard avroya çatıb ki, bu da Azərbaycanın ümumi ticarət dövriyyəsinin 45%-ni təşkil edir", - Mixalko çərşənbə axşamı Azərbaycan-Avropa İttifaqı biznes forumunda deyib.
Onun sözlərinə görə, Azərbaycanda Aİ ölkələrindən yüzlərlə şirkət fəaliyyət göstərir.
Mixalko vurğulayıb ki, Aİ minalardan təmizləmə və azad edilmiş ərazilərin bərpası ilə bağlı layihələr üzrə Azərbaycan hökumətinin səylərini dəstəkləməyə hazırdır.
"Ümumiyyətlə, Avropa şirkətlərinin bu cür layihələrə marağı artır”,- o vurğulayıb.
N.Təbrizli
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























