• $
  • €
  • ₽
  • ₺
  • £

Qarabağın minadan təmizlənməsi Aİ-yə maraqlıdır - Səfir danışır

Qarabağın minadan təmizlənməsi Aİ-yə maraqlıdır - Səfir danışır
17.05.2022 13:59
Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minadan təmizlənməsi Avropa İttifaqının maraq dairəsindədir. Bunu Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalko deyib.

O bildirib ki, Avropa İttifaqı (Aİ) Azərbaycanla Ermənistan arasında sülh prosesini dəstəkləməkdə davam edir.

"Biz regionda uzunmüddətli və sabit sülhün olmasına maraqlıyıq. Həmçinin, münaqişədən zərər çəkmiş regionların bərpası da diqqətimizdədir. Aİ, həmçinin Azərbaycanın azad edilmiş ərazilərində minaların təmizlənməsi prosesi  layihələrini dəstəkləyir", - səfir əlavə edib. 
 
Səfir söyləyir ki, Aİ biznesə yardım çərçivəsində Azərbaycanda 25 min kiçik və orta müəssisəyə dəstək göstərəcək. 
 
"Aİ Azərbaycandakı layihələrə 2 milyard dollar ayırıb və flaqman layihələr elan edib. Avropa İttifaqı və üzv ölkələr Azərbaycanla əməkdaşlıqda sahələr seçib. Onlara  ictimai səhiyyə, insan kapitalının artırılması, yaşıl iqtisadiyyat  daxildir Aİ  Azərbaycana iqtisadiyyatını diversifikasiya etməyə kömək edir. Tvininq kimi layihələrlə Azərbaycana kömək etməyə,ağıllı kənd və şəhər layihələrində  də dəstəyə hazırıq.Aİ Azərbaycanın sahibkarlığın inkişafı üzrə səylərini yüksək qiymətləndirir. Azərbaycan həm də Aİ-nin başlıca enerji tərəfdaşlarından biridir və bu sektorda "Cənub Qaz Dəhlizi" böyük rol oynayır. Alternativ enerji sahəsində layihələrin inkişafı da böyük potensiala malikdir", - Mixalko deyib.
 
Bu gün Aİ-nin Azərbaycandakı səfiri Peter Mixalkonun da iştirakı ilə Bakıda Azərbaycan-Avropa İttifaqı (Aİ) biznes forumu keçirilir. Tədbirin təşkilatçıları Aİ-nın Azərbaycandakı nümayəndəliyi, Azərbaycan-Fransa Ticarət və Sənaye Palatası, Azərbaycan-İtaliya Ticarət Palatası, İqtisadiyyat Nazirliyi yanında Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Agentliyidir (AZPROMO). Biznes forumu Azərbaycanla Aİ arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi, şirkətlər arasında səmərəli əməkdaşlığın qurulması məqsədi daşıyır.

Ləman Qasımova


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol