• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan Mərkəzi Bankının zərəri 200 milyon manatı ötüb

Azərbaycan Mərkəzi Bankının  zərəri 200 milyon manatı ötüb
17.05.2022 14:34
Azərbaycan Mərkəzi Bankının (AMB) 2021-ci ildə aktivləri 3,6% artaraq  26,4 milyard  manat təşkil edib. Bu barədə AMB məlumat verib. 

Mərkəzi Bankın maliyyə hesabatlarına əsasən, bankın aktivlərinin strukturunda 31 dekabr 2021-ci il tarixinə nağd pul vəsaitlərinin həcmi 6,8 milyard manat təşkil edib ki, bu da 2020-ci ilin göstəricisindən 21,8% çoxdur. 

Borc qiymətli kağızları 17,4 milyard  manat  və ya 2020-ci ilin göstəricisindən 6,6 faiz az qiymətləndirilir.

2022-ci il yanvarın 1-nə Mərkəzi Bankın rezident banklara verdiyi kreditlərin həcmi 356,281 milyon manat (-10,8%), qalan hissəsi isə digər aktiv maddələrinin payına düşür.

2021-ci ilin sonuna AMB-nin öhdəlikləri 25 milyard 240,38 milyon manat (artım 5,8%) təşkil edir.

AMB-nin öhdəliklərinin strukturunda 2021-ci ildə tədavüldə olan əskinas və sikkələrin nominal üzrə həcmi 4% artaraq 12,3 milyard manat təşkil edib.

Bununla yanaşı, Mərkəzi Bankın dövlət orqanlarına 4,4 milyard manat (-18,6%), kredit təşkilatlarına isə  7,4 milyard  manat (2,3 dəfə çox) borcu var. 

AMB-nin 2021-ci ildə nizamnamə kapitalı dəyişməyib və 500 milyon manat olub. Eyni zamanda, bu ilin əvvəlinə AMB-nin kapitalı 1,2 milyard  manat (-27,9%) olub.

AMB-nin 2021-ci ildə xalis zərəri 2020-ci ildəki 45,525 milyon manat xalis mənfəətə qarşı 201,724 milyon manat təşkil edib.
 
N.Təbrizli

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol