Təminat Fondu dövlət qurumlarının 494 mln manat öhdəliyini qarşılayıb

Ötən il "Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondu”nun vəsaitindən ümumilikdə 1 milyard 373,6 milyon manat, o cümlədən 1 milyard 215,4 milyon manat, 58 milyon ABŞ dolları (98,7 milyon manat) və 29,8 milyon avro (59,5 milyon manat) istifadə edilib.
Bu barədə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsinin icrası" haqqında hesabatda bildirilib.
Hesabat ili ərzində Təminat Fonduna 235,4 milyon manat məbləğində vəsait daxil olub. Daxil olan vəsaitin 34,3 %-i və ya 80,8 milyon manatı borc sazişləri, yerləşdirilmiş vəsaitlərə hesablanmış faiz və dövlət zəmanətinin verilməsi ilə bağlı haqlar üzrə daxilolmalar təşkil edib. Yerdə qalan 154,6 milyon manat məbləğində vəsait isə "Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq dövlət borcuna xidmət ilə əlaqədar nəzərdə tutulmuş xərclərin icrası zamanı yaranmış qənaətin payına düşür.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























