Neftçilər prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bu gün axşam Bakı şəhərinin Neftçilər prospektində nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən APA-ya verilən məlumata görə, yol cizgiləri xətlərinin, piyada keçidlərinin və yol göstərici xətlərin yenidən rənglənməsi məqsədilə bu gün saat 22:00-dan etibarən Neftçilər prospektində (Azneft dairəsindən "Dalğa Plaza"ya qədər), Nizami Gəncəvi və Ələddin Quliyev küçələrində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























