• $
  • €
  • ₽
  • ₺
  • £

Bp dekarbonizasiyaya dair təklif və tövsiyələrini Azərbaycana təqdim edib

Bp dekarbonizasiyaya dair  təklif və tövsiyələrini Azərbaycana təqdim edib
27.05.2022 15:16
Azərbaycanın bərpa olunan enerji mənbələri üzrə potensialı, az karbonlu həll imkanları, innovativ bərpa olunan enerji layihələri, habelə bp-nin dəstək ola biləcəyi layihələrdən bəhs edən Bp Azərbaycanın  dekarbonizasiyaya dair  təklif və tövsiyələri  Energetika Nazirliyinə təqdim edilib. Bu barədə Bp-Azərbaycan məlumat verir. 
 
 Karbonsuzlaşdırma strateji aspektdə əsaslandırılaraq bu prosesin 2050-ci ilə qədər olan müddətdə Azərbaycan üçün mümkün nəticələri təqdim edilir.
 
"Bu sənədin hazırlanması və bugünkü təqdimat ölkənin enerji keçidi səylərinə dəstək olaraq bp-nin Azərbaycan hökuməti ilə əməkdaşlığında irəliyə doğru atılmış önəmli bir addımdır. Ötən ilki memorandumun imzalanmasından bəri biz ciddi işləyərək bp Qrupunda tətbiq olunan  az karbonlu texnologiyalar və biznes modelləri təcrübəsindən istifadə etməklə Azərbaycan üçün bu sənədi hazırlamışıq. Çox məmnunuq ki, artıq bu sənədin bir sıra komponentləri üzərində iş gedir. Ümid edirik ki, bp istər karbohidrogenlər, istərsə də az karbonlu enerji sahəsində Azərbaycanın enerji ehtiyatlarının işləniməsinə yardım etməkdə aparıcı rol oynamağa davam edəcək”,  bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qarri Cons bildirib. 
 
Bu sənəd iri miqyasda karbonsuzlaşdırılmış, inteqrasiya edilmiş enerji və nəqliyyat sistemləri, o cümlədən Azərbaycanın şəhər və rayonlarında bərpa olunan enerji layihələri üçün tələb edilən potensialın və şəraitin qiymətləndirilməsi üzrə əməkdaşlıq etmək məqsədilə 2021-ci ilin fevralında Energetika Nazirliyi ilə bp şirkəti arasında imzalanmış Anlaşma Memorandumuna əsaslanır. 
 
Həmin vaxtdan etibarən bp və Energetika Nazirliyi, həmçinin  müxtəlif dövlət qurumları bu sənədin hazırlanması istiqamətində fəal əməkdaşlığa cəlb edilib. Ölkə üçün müxtəlif dekarbonizasiya imkanlarının intensiv müzakirəsi əsasında bu sənəd tərtib olunub.  
 
Bp və Energetika Nazirliyi Azərbaycanın az karbonlu enerji ehtiyatlarının işlənməsi üzrə vizyonunun reallaşdırılması və ölkənin ümumi dayanıqlı inkişaf məqsədlərinin həyata keçirilməsi istiqamətində sıx əməkdaşlıq etməkdə davam edəcək.
 
Bp həmçinin Azərbaycanın işğaldan azad edilmiş rayonlarında günəş elektrik stansiyalarını quraşdırmaq niyyətindədir. 
 
Böyük Britaniyanın neft nəhəngi olan Bp Azərbaycanda ən iri  neft-qaz layihələrinə operatorluq  edir. 
 
N.Təbrizli
 
 


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol