• $
  • €
  • ₽
  • ₺
  • £

Aİ ölkələri 2050-ci ilə qədər 100 MVT-lıq enerji istehsal edə bilər

Aİ ölkələri 2050-ci ilə qədər 100 MVT-lıq enerji istehsal edə bilər
02.06.2022 11:13
Avropa İttifaqı ölkələri 2050-ci ilə qədər 100 MVT gücündə enerji istehsal etməyi düşünür. Bunu Avropa Komissiyasının Enerji siyasəti, strategiya və koordinasiya üzrə direktoru Kristina Lobillo Borrero Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransda bildirib.

"Bərpa olunan enerji sahəsinə diqqəti artırmalıyıq. Hədəflərimiz burada 5% artaraq 45%-ə çatmaqdır. Son illər 9%-dən 40%-ə çatdırmağı bacarmışdıq. Lakin bundan sonra çətin ola bilər, çünki investiya üçün bizim büdcəmiz artmalıdır. Külək enerjisi üçün qurğular barədə təkliflərimizi hazırlamışıq. Bununla 2050-ci ilə qədər 100 MVT gücündə enerji istehsal etməyi hədəfləyirik", - Borrero söyləyib.

Kristina Lobillo bildirib ki, Avropanın əsas məqsədi Rusiyanın enerji resurslarının asılılığından xilas olmaqdır.

Rusiya-Ukrayna gərginliyi fonunda müharibəylə yanaşı, əsas müzakirə mövzularından biri köhnə qitənin qaz təhcizatı məsələsidir. Avropa Birliyi ölkələrinin qaz tələbatının təxminən 40 faizini Rusiya ödəyir. Rəsmi Kreml əmindir ki, Avropa ölkələri bütün hallarda Rusiya qazından imtina edə bilməyəcək. Avropa rus qazını asanlıqla əvəz edə bilmədiyi kimi, Rusiya da Avropa bazarından imtina edə bilməz. Hesablama Palatasının məlumatına görə, 2021-ci ildə federal büdcənin neft və qaz gəlirləri təxminən 35% təşkil edib. Bununla belə, neft-qaz sektorundan real asılılıq 50-60% təşkil edə bilər. Ölkə ildə 200 milyard kubmetr qaz ixrac edir. Avropanın Rusiya qazından imtina etməsi Rusiyanın xammal iqtisadiyyatına güclü zərbə vuracaq. Ekspertlərin fikrincə, Rusiyaya bu sahədə embarqo tətbiq olunarsa, ölkənin ÜDM-i müvafiq olaraq 3% və 1,2%, Rusiya iqtisadiyyatı isə 2,9% azalacaq. Bu itkilər Avropa iqtisadiyyatının ehtimal olunan itkilərindən dəfələrlə çoxdur.
 
Ləman Qasımova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol