• $
  • €
  • ₽
  • ₺
  • £

2026-ci ildən Türkiyə ofşor zonadan 15 milyard kub metr qaz əldə edəcək

2026-ci ildən Türkiyə ofşor zonadan 15 milyard kub metr qaz əldə edəcək
02.06.2022 11:35
Türkiyə Şərqi Aralıq dənizindəki ofşor zonalarda 8 quyu qazıb.  Birinci quyuda böyük qaz yatağı aşkarlayıb.  Bunu Türkiyənin energetika və təbii sərvətlər nazirinin müavini Alparslan Bayraktar Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransda bildirib.

"2026-ci ildə artıq bu yataqdan çıxarılan qazdan istifadə ediləcək. Həmin yataqdan 15 milyard kub metr təbii qaz əldə ediləcək. Bu, nəinki Türkiyənin qazdan asılılığını aradan qaldıracaq, eyni zamanda region ölkələrinə kömək edəcək", -  o bildirib.


Cari ilin mayın 16-da Türkiyənin 7-ci nəsil qazma gəmisi bu həftə Cənubi Koreyadan Türkiyəyə gedib. Dərin qazma qabiliyyətinə malik yeni gəmi iyuldan etibarən Şərqi Aralıq dənizində axtarış fəaliyyətlərinə başlayacaq. Yeni gəmi İsrail qazının Türkiyə ərazisi vasitəsilə Avropaya nəql edilməsi planlaşdırılan dövrdə xidmət göstərəcək.
 
2019-cu il martın 20-dən  ABŞ-ın dövlət katibi Mayk Pompeonun iştirakıyla Yunanıstan, yunan Kipri və İsrailin hökumət rəhbərləri arasında Şərqi Aralıq Dənizi (EastMed) qaz boru xəttinin çəkilməsi barədə müqavilə imzalanıb. Müqaviləyə əsasən, Yunan Kiprinin cənubundan hasil olunacaq təbii qaz Kiprdən dənizlə Yunanıstanın Krit adasına, oradan Yunanıstanın əsas ərazisinə, buradan isə İtaliyaya çəkiləcək qaz boru xətti vasitəsilə nəql olunacaq. Avropa Birliyi tərəfindən dəstəklənən layihəyə ilkin olaraq 34.5 milyon avro vəsait ayrılıb. Layihənin ümumi dəyərinin 7 milyard dollar olacağı və 7 il ərzində başa çatacağı proqnozlaşdırılır. Ancaq Liviya ilə Türkiyə arasındakı memaranduma əsasən, qaz kəməri Türkiyənin iqtisadi zonasından çəkilməlidir və buna görə Şərqi Aralıq Dənizi Qaz Forumunun rəhbərləri Ankara ilə razılaşmalı olacaqlar.
 
Ləman Qasımova 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol