• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycana İran üzərindən 1,5 mlrd kubmetr qaz nəql olunacaq - Cavad Ovci

Azərbaycana İran üzərindən 1,5 mlrd kubmetr qaz nəql olunacaq - Cavad Ovci
02.06.2022 12:18
İrana qarşı tətbiq edilən sanksiyalar nəticəsiz olub. Bunu İranın neft naziri Cavad Ovci Bakı Enerji Forumu çərçivəsində keçirilən konfransın ilk günündə bildirib. 


"Buna baxmayaraq, İran özünün neft-qaz infrastrukturunu inkişaf etdirə bilib. İranın təbii qazın gündəlik istehsal həcmi 2 milyard kubmetrrə çatdırılıb, neft hasilatı üzrə bu göstərici 4 milyon barel təşkil edir. Növbəti illərdə 1,4 milyar kubmetr qazın hasilatı nəzərdə tutulur. Hazırda İran Türkiyəyə gündəlik 30 milyon kubmetr təbii qaz nəql edir. Paralel olaraq gündəlik  təqribən 60 milyon kubmetr İraqa nəql edilir. Türkmənistandan Azərbaycana il ərzində 1,5 milyard kubmetr qaz nəql olunacaq ki, bu İran üzərindən həyata keçiriləcək",  - Ovci açıqladı.
 
İranın 1970-ci illərdən bəri sanksiyalara məruz qalması ağır nəticələrə gətirib çıxarıb. Hazırda müxtəlif ölkələrin banklarında İrana məxsus 120 milyard dollar vəsait dondurulub. İran bu vəsaitdən istifadə edib insanların sosial-iqtisadi vəziyyətini yaxşılaşdıra bilmir. İranın 700-dən çox hüquqi və fiziki şəxsi sanksiyalara məruz qalaraq heç bir kommersiya fəaliyyəti göstərə bilmir. Sanksiyalar iri şirkətlərin və sərmayədarların İranı tərk etməsinə səbəb olub. Bütün bunlar insan hüquqları daxil olmaqla, ölkənin ümumi inkişafına böyük maneələr törədib.
 
Avropa ölkələrində İran neftinin idxalını qadağan edən sanksiyalar mübahisəli nüvə proqramı ilə əlaqədar Tehrana təzyiq göstərmək məqsədilə tətbiq edilmiş, bundan bir qədər sonra İran da buna cavab olaraq, İran neftinin Avropa ölkələrinə ixracını qadağan edilməsinə dair qərar qəbul etmişdi.
 
Ləman Qasımova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol