• $
  • €
  • ₽
  • ₺
  • £

Serbiya enerji nəqlinin şaxələndirilməsində Azərbaycana ümid bəsləyir

Serbiya enerji nəqlinin şaxələndirilməsində Azərbaycana ümid bəsləyir
02.06.2022 13:27
Serbiya Azərbaycanla qaz tədarükü barədə müzakirələr aparır. Bu barədə Serbiya baş nazirinin müavini, dağ-mədən sənayesi və energetika naziri Zorana Mixayloviç açıqlama verib.

"Biz Azərbaycanın energetika naziri Pərviz Şahbazovla Azərbaycan qazının interkonnektor vasitəsilə tədarükü məsələsini müzakirə etdik. Nəticələrə ümidliyik. Çünki Serbiya Rusiyadan enerji ehtiyatları tədarükündən 100% asılıdır. Belə olduqda isə tədarükü genişləndirmək bizim üçün maraqlıdır", - o əlavə etdi. 


Nazir 2018-ci ildə Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq haqqında bəyannamənin, daha sonra isə strateji tərəfdaşlıq haqqında fəaliyyət planının imzalandığını xatırladıb.


"Serbiya Azərbaycan qazını gələcəkdə alacaq Bolqarıstan ilə interkonnektorun tikintisini tamamlayacaq. Biz Rusiyadan asılılıqdan xilas olmaq məsələsində Azərbaycana ümidliyik", - o deyib


Zorana Mixayloviç qeyd edib ki, hazırda ölkədə alternativ enerjinin ümumi istehsalda həcmi 3,2% səviyyəsindədir və bu göstəricinin 2040-cı il üçün 40%-a çatdırılması nəzərdə tutulub.


Cari il mayın 30-da Serbiya Prezidenti Aleksandr Vuçiç deyib ki, ölkə yaxın vaxtlarda Rusiya ilə 3 illik müddətə təbii qaz alqı-satqısı üzrə yeni müqavilə imzalayacaq. 


"Bu razılaşma sayəsində qışı təhlükəsiz keçirəcəyik, həmçinin təbii qaza görə digər Avropa ölkələrindən 10-12 dəfə az ödəniş edəcəyik. Min kubmetr təbii qaz üçün 310-408 dollar ödəməyi planlaşdırırıq”, - Serbiya Prezidenti vurğulayıb.


Serbiya Rusiya-Ukrayna müharibəsi çərçivəsində Rusiyaya tətbiq olunan heç bir sanksiyaya qoşulmayıb.
 
Bununla yanaşı, Serbiya 2023-cü ilin payızından etibarən Yunanıstandan LNG və Azərbaycandan təbii qaz tədarük etməklə Rusiyadan qaz asılılığını azaltmağı planlaşdırır.
 
Ləman Qasımova

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol