• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan dünya qaz istehsalında böyük rol oynayacaq

Azərbaycan dünya qaz istehsalında böyük rol oynayacaq
02.06.2022 15:58
Azərbaycan dünya qaz istehsalında böyük rol oynayacaq. Bunu "Total Energies" şirkətinin icraçı direktoru Regis Aqut deyib.

"Azərbaycanın qaz tədarükünün genişləndirmə perspektivi var. Azərbaycandan Cənub Qaz Dəhlizi ilə tədarük dünyanın diqqət mərkəzindədir. Xəzər dənizinin ehtiyatları böyükdür. "Total Energies"in SOCAR-la Abşeronda birgə layihəsi bu baxımdan vacib rol oynayır", - o bildirib.

"Abşeron” yatağının işlənməsi layihəsi Abşeron Petroleum Birgə Əməliyyat Şirkəti (JOCAP) tərəfindən həyata keçirilir. Əməliyyatçı şirkətin səhmləri SOCAR Absheron (50 %) və TOTAL E&P Absheron (50 %) şirkətləri arasında bərabər bölünüb. "Abşeron” bloku Bakıdan 100 km-lik məsafədə, dənizin 500 metr dərinliyində yerləşir. Yatağın ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir. 2019-cu ildə SOCAR və "Total” "Abşeron” yatağında 7 411 metr dərinlikdə ABD-001 hasilat və qiymətləndirmə quyusunda qazma işlərini uğurla başa çatdırıb. Qazma işlərinə 2018-ci ilin may ayında başlanılıb və işlər Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsilə həyata keçirilib.
 
Ləman Qasımova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol