• $
  • €
  • ₽
  • ₺
  • £

AÇG-də hasil edilən mənfəət neftinin 60%-i Azərbaycanın payına düşür

AÇG-də hasil edilən mənfəət  neftinin 60%-i Azərbaycanın payına düşür
03.06.2022 13:06
Hazırda xarici ölkələrin neft şirkətlərindən ibarət konsorsiumun istismar etdiyi Azəri-Çıraq-Günəşli (ACG) yataqlarından hasil olunan mənfəət neftinin təxminən 60%-i Azərbaycanın payına düşüb. Bu barədə SOCAR-ın birinci vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.

"2022-ci il mayın 1-nə AÇG-dən 553 milyon ton neft hasil edilib. Bu həcmin 325 milyon tonu mənfəət neftinin payına düşür. Onun da 59 faizi Azərbaycanın mənfəət neftidir.  Son illər Azərbaycan mənfəət neftində payı 70%-a çatıb”, -  Yusifzadə cümə günü Bakı Enerji Forumunda bildirib.


Onun sözlərinə görə,  Azəri-Çıraq-Günəşli yataqlarından  mayın 1-ə  59 min ton neft və 40 milyon kubmetr qaz hasil olunub. Bu yataqların istismarına  43 milyard dollar sərmayə qoyulub. 

İxracdan danışan Yusifzadə vurğulayıb ki, bu gün Azərbaycandan neft ixracının ümumi həcmi 628 milyon tondur. Bunun 458 milyon tonu Bakı-Tbilisi-Ceyhan boru kəməri vasitəsilə ixrac edilib.

"Azəri”, "Çıraq” və "Günəşli”nin dərinsulu yataqlarının işlənməsi üzrə müqavilə 1994-cü ildə imzalanıb. Blokda neft hasilatı 1997-ci ilin noyabrında başlayıb.

Bu müqavilənin müddəti 2024-cü ildə başa çatır. Bununla belə, 2017-ci il sentyabrın 14-də Bakıda AÇG blokunun işlənməsi üzrə 2050-ci ilə qədər hesablanmış yeni müqavilə imzalanıb.

Yeni müqaviləyə əsasən, BP-nin (layihə operatoru) payı 30,37%, Azərbaycan Dövlət Neft Şirkəti - 25%, Macarıstanın MOL - 9,57%, Amerikanın ExxonMobil - 6,79%, Hindistanın ONGC - 2,31%, Yaponiyanın Inpex Corp. və Itochu Oil - müvafiq olaraq 9,31% və 3,65%, Norwegian Equinor - 7,27%, Türkiyənin TPAO - 5,73%-dir.

2021-ci ildə ACG blokundan təxminən 167 milyon barel hasil edilib.


N.Təbrizli

www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol