Qeyri neft sektoru nə qədər artıb - RƏSMİ

2022-ci ilin yanvar-may ayları ərzində Azərbaycanın ixracı 15,4 mlrd. ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,2 mlrd. ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 280,6 mln. ABŞ dolları və ya 30,9% artıb.
Bu barədə məlumatı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi bildirib.
2022-ci ilin yanvar-may ayları
ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 6,4%
artaraq 219,2 milyon ABŞ dolları təşkil edib.
Müvafiq dövr ərzində kimya sənayesi
məhsullarının ixracı 8 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı
2 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 49,8%, pambıq
iplik ixracı 23,7%, pambıq lifi ixracı isə 14,5% artıb.
2022-ci ilin may ayı üzrə
ixrac 3,6 mlrd ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım
5,7% təşkil etməklə 222,4 mln. ABŞ dolları olub. 2022-ci ilin may ayı ərzində
yeyinti məhsulları üzrə ixrac 66,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları
üzrə isə 24,7% artaraq 156 milyon ABŞ dolları təşkil edib.
Gülnar
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























