• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda I Xəzər Enerji Forumu başlayıb - FOTO

Bakıda I Xəzər Enerji Forumu başlayıb - FOTO
23.04.2014 10:46
Xəzər regionunda mövcud olan qaz ehtiyatları dünyanın qaz ehtiyatlarının 7-11%, neft ehtiyatları isə 4-6%-ni təşkil edir.“APA-Economics”in məlumata görə, bunu bu gün Bakıda keçirilən I Xəzər Enerji Forumunda Azərbaycanın energetika naziri Natiq Əliyev bildirib. Onun sözlərinə görə, bu gün Xəzər regionundakı resurslarının 1,4%-i istehlak olunur: “Bu da onu deməyə əsas verir ki, regionun ixrac potensialı kifayət qədədir. Bu gün dünyanı çox ciddi narahat edən problemlərdən biri enerji problemidir. Bu problemin aradan qaldırılması üçün dünyanın böyük dövlətləri çarələr axtarmağa başlayıb”. “Hesablamalara görə, Xəzər regionunda 2035-ci ilə qədər enerji ehtiyatları var və yeni kəşflərdə gözlənilir. Yeni neft-qaz ehtiyatlarının kəşfi sahəsində 2035 ilə qədər ehtiyatların 2 dəfə artımı gözlənilir. Nəticədə ölkəmizin əhəmiyyəti artacaq və bu ölkəmizin gələcəyi naminə istifadə olunacaq”, - deyə N. Əliyev əlavə edib. Nazir deyib ki, son 5 ildə Azərbaycanın enerji gücü 30% yenilənib. Azərbaycan  öz enerji problemlərini həll etməklə yanaşı xaricə də enerji ixrac edir: “Enerji resursları istehsal edən ölkə həmişə neft və qaz məhsullarını ucuz qiymətə ixrac edir. Avropa İttifaqı bu sahədə olan problemlərin həlli yollarını tapmaq üçün təklif etdi ki, yeni enerji mənbələri axtarıb tapmaq lazımdır. Bu mənbə isə Xəzər regionudur. Bu bölgə Avropa İttifaqı ilə sıx əlaqədə işləyir. Azərbaycan dövlətinin iqtisadi siyasətini nəticəsində Xəzərdən Şərqi Avropaya qədər yeni enerji dəhlizi formalaşmağa başlayıb. Bu dəhlizə isə 50 milyard dollarlıq sərmayənin qoyulması nəzərdə tutulub. Bununla əlaqədar nəhəng layihələr həyata keçiriləcək. Bunun üçündə prezident İlham Əliyev İqtisadi komissiya yaradıb və həmin komissiya artıq fəaliyyətə başlayıb”.ANNET.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol