Azərbaycan iqtisadiyyatı 7%-dən çox böyüyüb

Azərbaycanda 2022-ci il yanvar-mayında əvvəlki il eyni dövrü ilə müqayisədə 7,2% çox 7,2 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Bu barədə Dövlət Statistika Komitəsinin rəsmi saytı məlumat yayıb.
Cari ilin 5 ayında 50867,5 milyon manatlıq ÜDM istehsal edilib. Həmin tarixdə iqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,5%, qeyri neft-qaz sektorunda isə 11,0% artıb.
ÜDM istehsalının 54,7 %-i sənaye, 7,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,8 %-i tikinti, 2,9 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4 %-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3 %-i informasiya və rabitə sahələrinin, 14,5 %-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,7 %-ni təşkil edib.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























