• $
  • €
  • ₽
  • ₺
  • £

BP-nin Azərbaycanda qazdığı quyu neft vermədi

BP-nin Azərbaycanda qazdığı quyu  neft vermədi
13.06.2022 18:09
Abşeron yarımadasının dayazsulu hissəndə qazılan üçüncü kəşfiyyat quyusunda iqtisadi cəhətdən səmərəli karbohidrogen ehtiyatı aşkarlanmadığından  25 may 2022-ci il tarixində təhlükəsiz şəkildə bağlanıb və daimi tərk edilib. Bu barədə BP Azərbaycan məlumat yayıb.  
 
Qarabatdağ geoloji-kəşfiyyat quyusu (QBDX01) AYDH layihəsinin kəşfiyyat qazma proqramı üçün planlaşdırılmış fəaliyyətlərin sonuncu mərhələsi olduğundan "Satti” özüqalxan qazma qurğusu AYDH proqramında iştirakını bitirib.   
 
QBDX01 kəşfiyyat quyusu sahildən təqribən 7 km aralı suyun dərinliyi təqribən 6 metrə çatan ərazidə qazılmışdı. Quyunun qazılmasına aprel ayının 4-də başlanmışdı  və əsas quyunun ümumi dərinliyinin 2155 metrə çatacağı planlaşdırılırdı. Əsas hədəfdə karbohidrogen ehtiyatları müşahidə olunmadığından qazma əməliyyatları 2185 metr dərinlikdə dayandırılmışdır. 
 
bp AYDH layihəsinin operatorudur və  kəşfiyyat, işlənmə və hasilatın pay bölgüsü haqqında sazişdə 25% iştirak payına malikdir. Digər tərəfdaşlar bunlardır: SOCAR-ın Ortaq Neft Şirkəti - 50% və LUKOİL - 25%.
 
N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol