• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR, TAP və Avropa komissarı qaz ixracı məsələsini müzakirə edib

SOCAR, TAP və Avropa komissarı qaz ixracı məsələsini müzakirə edib
17.06.2022 07:10
Avropa İttifaqının (Aİ) Genişlənmə və Qonşuluq Siyasəti üzrə komissarı Oliver Varhelyi SOCAR və TAP rəsmiləri ilə görüşüb və bu görüşü məhsuldar adlandırıb. Bu barədə o, şəxsitvitter hesabında yazıb. 

"Avropaya və qonşu  ölkələri müxtəlif mənbələrdən daha böyük həcmdə qazla təmin etmək, qaz təchizatı marşrutlarımızı şaxələndirmək üçün SOCAR və TAP rəhbərliyi ilə məhsuldar danışıqlar apardıq", Oliver Varhelyi yazıb. 
 


Azərbaycan Avropaya qaz ixracına 2020-ci ilin dekabrından başlayıb. İxrac TAP boru kəməri ilə həyata keçiirilir. Bu il ölkə Avropaya 10 milyard kubmetr qaz ixrac edəcəyini bildirib. 

Azərbaycan prezidenti İlham Əliyev cümə axşamı keçirilən forumda bir sıra Avropa ölkələrinin Azərbaycana qaz almaq üçün müraciət etdiyini bildirərək əlavə edib ki, Azərbaycanın əlavə ixracı təmin etmək üçün ilk növbədə hasilatı artırması gərəkdir. 

Hazırda Azərbaycan Rusiyadan yan keçən boru kəmərləri ilə Türkiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan və İtaliyaya qaz satır.
    
Hələlik Avropa İttifaqı ənənəvi olaraq qaza olan tələbatının 40%-ni Rusiya hesabına ödəyir. Lakin Rusiyanın Ukraynaya hərbi müdaxiləsindən sonra Avropa alternativlər axtarır.Belə ki Rusiya onun qaz pulunu rublla ödəmə tələbini rədd edən Avropa ölkələrinə qaz ixracını dayandırıb. Bu da Avropa ölkələrini istər istəməz alternativ marşrutlar üzərində düşünməyə vadar edir. 

"Son aylarda bir neçə Avropa ölkəsi bizə qaz almaqla bağlı müraciət edib. Amma bu asan deyil, çünki ilk növbədə biz qazı hasil etməliyik", - Əliyev deyib. Amma o, heç bir ölkənin adını çəkməyib.
    
Əliyev bildirib ki, Avropada Azərbaycandan enerji resurslarına tələbat artır və Azərbaycan  artan tələbatı ödəmək üçün hər şeyi edir.
    
"Biz hazırda bu məsələ ilə bağlı Avropa Komissiyası ilə əməkdaşlıq edirik", - Azərbaycan prezidenti bildirib. 

Azərbaycan hazırda Türkiyə və Cənubi Avropaya ildə 16,2 milyard kubmetr qaz ixrac edən Trans-Anadolu boru  kəmərinin gücünü dörd-beş il ərzində iki dəfə artırmağı planlaşdırır. 

Ölkə 2022-ci ildə qaz ixracını keçən il 22 milyard kubmetrdən 24 milyard kubmetrə çatdırmağı və Avropaya 10 milyard kubmetr qaz göndərməyi planlaşdırır. Azərbaycan rəsmiləri 2026-cı ilə qədər qaz hasilatını ildə 50 milyard kubmetrə çatdıracaqlarını proqnozlaşdırırlar. 

N.Təbrizli

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol