• $
  • €
  • ₽
  • ₺
  • £

“Azəryolservis"dən Nobel prospektindəki yol çökməsinə münasibət

“Azəryolservis"dən Nobel prospektindəki yol çökməsinə münasibət
22.04.2014 17:43
 “Bakının Nobel prospektində çökmənin yeganə səbəbi həmin ərazidə baş verən su axıntısı ilə əlaqədardır. Su axıntısı ilə əlaqədar təxminən 10 metr dərinlikdə yolun əsası və torpaq yatağı yuyulub”.Bunu “APA-Economics”ə açıqlamasında “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib. “Yuyulmanın kollektorun (20 m dərinlikdə kanalizasiya kollektoru yerləşir) üzərində olması, ehtimal etməyə əsas verir ki, bu kollektorda olan uzunmüddətli sızmalar səbəbindən baş verib. Həmin ərazidə nə vaxtsa çala olub, sonra yumşaq torpaqla doldurulması fikirləri isə tamamilə əsassızdır. Çünki həmin hissədə “Azəryolservis” ASC tərəfindən heç bir təmir işi aparılmayıb. Yəni orada nə çala olub, nə də yumşaq torpaqla doldurulub”, - deyə P. Mürsəliyev qeyd edib.  Çala əmələ gələn ərazinin doldurulmasına gəlincə isə P. Mürsəliyev deyib ki, hadisənin baş vermə səbəbi araşdırılıb, tapılmayana qədər orda çökmə olacaq, proses davam edəcək: “Çalanı nəyə görə doldurduq? Həmin ərazidə hərəkətin intensivliyini və yarana biləcək bədbəxt hadisələrin qarşısını almaq məqsədilə. Aidiyyatı üzrə tapşırıq verilib, ora tam nəzarətdə olacaq. Lazım gələrsə, orada təcili bərpa işləri görüləcək. Amma o səbəb ardan qaldırılmayana qədər, o çökmə yenə də baş verəcək”. “Azəryolservis” sözçüsü əlavə edib ki, ərazidə birmənalı olaraq sızma baş verib: “Tutaq ki, “Azəryolservis” ASC deyil, başqa hər hansı bir podratçı texnoloji qaydalara riayət etmədən o işini aparsa idi belə, yenə də 10 metr dərinliyində qətiyyən orada çala yaranmazdı, yuyulma baş verməzdi. Burada konkret olaraq sızma var. Yuyulma da kollektorun üstündə olduğundan ehtimal edirik ki, hadisə onunla bağlı baş verib. Sızma olmasa, hətta düzgün texnoloji prosedur aparılmasa belə, 10 metr dərinliyində çala heç vaxt yarana bilməz”, - deyə P. Mürsəliyev bildirib. Qeyd edək ki, ötən gün “Azərsu” ASC paytaxtın Nobel prospektində yolun çökməsini kanalizasiya kollektorundakı sızma ilə əlaqələndirməyin hələ tez olduğunu açıqlayıb. “Həm çökmüş ərazidən əvvəl, həm də sonrakı quyuya baxış keçirilib, kanalizasiya kollektorunda hər hansı ciddi nasazlıq müşahidə olunmayıb. Kollektorda çirkab suların səviyyəsi düşdükdə xətt daxildən yoxlanacaq, yalnız bundan sonra dəqiq nə isə demək mümkün olacaq”, - deyə qurumun mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı bildirib.ANNET.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol