• $
  • €
  • ₽
  • ₺
  • £

“Google”un smartfonu kosmosa göndəriləcək

“Google”un smartfonu kosmosa göndəriləcək
22.04.2014 17:41

ABŞ Milli Aviasiya və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) mühəndisləri "Google" şirkəti tərəfindən öz sınaq "Project Tango" smartfonu üçün hazırlanan kompüter görmə texnologiyasından istifadə edəcəklər. Söhbət Beynəlxalq Kosmik Stansiyada naviqasiyanı sadələşdirəcək robot-köməkçilərin yaradılması üzrə "SPHERES" layihəsindən gedir.İnternet şirkətinin tərkibinə daxil olan "Advanced Technology and Projects" (ATAP) şöbəsi "NASA" ilə bir ildir əməkdaşlıq edir. Onlar birlikdə astronavtların Beynəlxalq Kosmik Stansiyada müxtəlif tapşırıqları müstəqil şəkildə yerinə yetirmələri üçün robotlar yaradırlar.Robotların əsas vəzifəsi stansiyanın üçölçülü xəritəsinin tərtib olunmasından ibarətdir. "SPHERES" layihəsini "Google"un "3D" görüntüsü ilə təmin etmək üçün ona smartfon, əlavə kameralar və digər avadanlıqlar əlavə olunacaq. "Project Tango" və "SPHERES"-in orbitə 2014-cü ilin yayında buraxılması planlaşdırılır.5 düymlük "Project Tango" smartfonunun prototipi cari ilin fevralında nümayiş olunub. Qurğunun arxa panelində yerləşən ötürücülər ətrafdakı şəraiti skan edir və real vaxt rejimində onun "3D" modelini yaradır. "Project Tango" müxtəlif sahələrdə tətbiq oluna bilər. Məsələn, istifadəçi mağazaya getməzdən əvvəl mebeli asanlıqla seçmək üçün evinin "3D" xəritəsini yarada bilər. Aparat həmçinin görmə qabiliyyəti zəif olan insanlara tanış olmayan yerlərdə başqasının köməyi olmadan səmti tapmaqda yardımçı olacaq.Yerlərin üçölçülü xəritələrinin yaradılması üçün qurğu insanın hərəkətini izləyən 4 meqapikselli kamera, iki xüsusi "Movidius Myriad 1" prosessoru, giroskop, kompas, "Unity" kompüter və digər videooyunların mərkəzi proqram komponenti ilə təchiz edilib, - "Vesti www.vesti.ru" yazır.  ANNET.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol