• $
  • €
  • ₽
  • ₺
  • £

Cənub Qaz Dəhlizinə əlavə maliyyə resursları cəlb edilə bilər- NAZİR

Cənub Qaz Dəhlizinə əlavə maliyyə resursları cəlb edilə bilər- NAZİR
23.06.2022 13:37
Cənub Qaz Dəhlizinə əlavə maliyyə resurslarının cəlb edilə bilər, bunu jurnalistlərə açıqlamasında maliyyə naziri Samir Şərifov söyləyib.
 
"Cənub Qaz Dəhlizi layihəsində Azərbaycan hökumətinin maraqlarını eyni adlı şirkət təmsil etməkdədir. Həmin şirkətdə həm Azərbaycan hökumətinin, həm də SOCAR-ın payı var. Layihədə höküməti Maliyyə yox, İqtisadiyyat Nazirliyi təmsil etməkdədir. Qeyd etdiyim şirkət tərəfindən maliyyələşmə cəlb edilib. Hökemət maliyyə ayırmasa da, daima dəstək olmaqdadır.Yəqin ki, hər hansı maliyyə ehtiyacə yaranarsa, ilk növbədə həmin şirkətin Müşahidə Şurasında bu məsələyə baxılacaq. Düşünürəm ki,  belə bir uğurlu şirkət üçün belə bir dəstəyə ehtiyac yaranmayacaq. Amma elə bir ehtiyac yaranarsa, yəqin ki, hökumət tərəfindən bu məsələyə baxila bilər", - nazir qeyd edib.
 
Fitch Ratings" beynəlxalq reytinq agentliyinin məlumatlarına görə, 2022-ci ildə "Cənub Qaz Dəhlizi" QSC-nin maliyyə ehtiyacları layihələrdən əldə olunan gəlirlər hesabına qarşılanacaq.Cənub Qaz Dəhlizi layihəsinin maliyyələşdirilmə mənbəyi 6,5 milyard dollar məbləğində kredit və dövlət investisiyalarından ibarətdir.

"Fitch" bildirir ki, 2021-ci ildə Cənub Qaz Dəhlizi 2021-ci ildə yeni borc götürməyib, eyni zamanda, ilin sonunda onun borc yükünün 70 faizi Dövlət Neft Fondunun xeyrinə buraxılan istiqrazlar, avroistiqrazlar, 30 faizini beynəlxalq maliyyə təşkilatlarından borclar təşkil edirdi."Cənub Qaz Dəhlizinə daxil olan bütün layihələr istismara verildiyi üçün 2022-ci ildə onun pul vəsaitlərinə bütün ehtiyacları "Şahdəniz", Cənubi Qafqaz boru kəməri, Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik qaz kəməri (TAP) layihələrindən əldə olunan gəlirlər, eləcə də toplanmış pul vəsaitləri hesabına qarşılanacaq", - agentliyin məlumatında deyilir.

"Cənub Qaz Dəhlizi"nin məqsədi "Şahdəniz” qaz-kondensat yatağının istismarının ikinci mərhələsinin işlənməsi, bu zaman hasil ediləcək təbii qazın genişləndirilmiş Cənubi Qafqaz Boru Kəməri, TANAP və TAP vasitəsilə ilkin olaraq Türkiyəyə və Cənubi Avropaya ixracını təmin etməkdir.
 
Ləman Qasımova


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol