• $
  • €
  • ₽
  • ₺
  • £

İqtisadiyyatın artım tendensiyası davam edir - RƏSMİ

İqtisadiyyatın artım tendensiyası davam edir - RƏSMİ
24.06.2022 11:44
2022-ci ilin yanvarından maya qədər ümumi daxili məhsul ötən illə müqayisədə 7,5% artıb. Bu da iqtisadi artım tendensiyasının davam etdiyini göstərir. Bunu iqtisadiyyat nazirinin müavini Elnur Əliyev Bakıda Qara Dəniz Ticarət və İnkişaf Bankının (QDTİB) 24-cü illik toplantısı çərçivəsində keçirilən "Dəyişən dünyada diversifikasiyalaşmış və innovativ Azərbaycan iqtisadiyyatının dəstəklənməsində QDTİB-nin rolu” adlı Biznes Forumda deyib.

Nazir müavini əlavə edib ki, növbəti il üçün əsas məqsəd Azərbaycanın 2030-cu ilə qədər olan milli prioritetlər çərçivəsində inkişafıdır.

"Əsas prioritetlər iqtisadiyyatın rəqabətqabiliyyətli artırılması, sosial ədalətin möhkəmlənməsi, rəqabətqabiliyyətli insan kapitalının yaradılması, işğaldan azad edilmiş ərazilərin bərpa edilməsi, ətraf mühitin qorunmasıdır", - Əliyev vurğulayıb.

Dövlət Statistika Komitəsinin son açıqlamasına görə, 2022-ci ilin yanvar-mayında ölkədə 50867,5 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2% çox ümumi daxili məhsul istehsal olunub. İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 0,5% qeyri neft-qaz sektorunda isə 11,0% artıb.

ÜDM istehsalının 54,7 %-i sənaye, 7,6 %-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 6,1 %-i nəqliyyat və anbar təsərrüfatı, 3,8 faizi tikinti, 2,9 %-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 1,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,3%-i informasiya və rabitə sahələrinin, 14,5%-i digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,7 %-ni təşkil edib.

Əhalinin hər nəfərinə düşən ÜDM 5063,1 manata bərabər olmuşdur.
 
Ləman Qasımova 

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol