Bu şəxslərə 1,8 milyon manat güzəştli kredit ayrılıb

2022-ci ildə qadın sahibkarlara verilmiş güzəştli kreditlərin sayı ötən ilin analoji dövrü ilə müqayisədə 2,5 dəfədən çox artıb. Bu barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu məlumat yayıb.
2022-ci ilin yanvar-mayında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 86 qadın sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsi məqsədilə 1,8 milyon manat güzəştli kredit ayrılıb.
Ötən ilin müvafiq dövründə 31 qadın sahibkar güzəştli kreditlərdən yararlanıb. Ümumilikdə isə, 2021-ci ildə 145 qadın sahibkara 12 milyon manat məbləğində güzəştli kredit vəsaiti ayrılıb.
2022-ci ilin yanvar-mayında sahibkarlıq subyektlərinin 1226 investisiya layihəsinin maliyyələşdirilməsinə 43,7 milyon manat güzəştli kredit verilib. Ötən ilin müvafiq dövründə bu göstərici 339 layihə üzrə 24,9 milyon manat təşkil edib.
2022-ci ilin əvvəlindən verilmiş güzəştli kreditlər hesabına ümumilikdə 1016 yeni iş yerinin yaradılması nəzərdə tutulur. Qadın sahibkarların və gənclərin layihələrinin reallaşdırılması nəticəsində 80-ə yaxın yeni iş yerinin açılması mümkün olacaq. Qeyd edək ki, ötən il ərzində qadın sahibkarların güzəştli qaydada maliyyələşdirilmi
www.anews.az
2022-ci ilin yanvar-mayında Sahibkarlığın İnkişafı Fondu tərəfindən 86 qadın sahibkarın investisiya layihəsinin maliyyələşdirilməsi məqsədilə 1,8 milyon manat güzəştli kredit ayrılıb.
Ötən ilin müvafiq dövründə 31 qadın sahibkar güzəştli kreditlərdən yararlanıb. Ümumilikdə isə, 2021-ci ildə 145 qadın sahibkara 12 milyon manat məbləğində güzəştli kredit vəsaiti ayrılıb.
2022-ci ilin yanvar-mayında sahibkarlıq subyektlərinin 1226 investisiya layihəsinin maliyyələşdirilməsinə 43,7 milyon manat güzəştli kredit verilib. Ötən ilin müvafiq dövründə bu göstərici 339 layihə üzrə 24,9 milyon manat təşkil edib.
Gənc sahibkarlara verilmiş güzəştli kreditlər 2021-ci ilin yanvar-mayında 15 layihə üzrə 758,5 min manat təşkil etdiyi halda, eyni göstərici 2022-ci ilin müvafiq dövründə 40 layihə üzrə 1,1 milyon manat olub. Ötən ilin nəticələrinə əsasən, 63 gənc sahibkarlıq subyektinə 2,7 milyon manat məbləğində güzəştli kredit verilib.
2022-ci ildə də maliyyə dəstəyindən faydalananların əksəriyyəti mikro, kiçik və orta sahibkarlıq subyektləri (KOB) olub. 2022-ci ilin ötən dövründə güzəştli kreditlərin layihə sayı üzrə 99,9%-i, kreditin məbləği üzrə isə 95,4%-i KOB subyektlərinin payına düşür.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























