• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərkosmos"un ixrac gəlirləri 38 % azalıb - HESABAT

"Azərkosmos"un ixrac gəlirləri 38 % azalıb - HESABAT
01.07.2022 13:18
2022-ci ilin 5 ayında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Kosmik Agentlik ("Azərkosmos”) ixracı ötən ilin eyni dövrünə nisbətən 6,5 milyon ABŞ dolları azalaraq 10,8 milyon ABŞ dollar təşkil edib. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın iyun sayında bildirilir.

"Azərkosmos” 33 ölkəyə peyk telekommunikasiya və optik peyk xidmətləri ixrac edib.

Sənədə əsasən, ixrac edilən ölkə sayı ötən ilin eyni dövrünə nisbətən artıb. 

5 ay ərzində "Azərkosmos" ən çox Böyük Britaniya (2,8 milyon ABŞ dolları), Fransa (2,2 milyon ABŞ dolları), ABŞ (1,8 milyon ABŞ dolları), Lüksemburq (1,8 milyon ABŞ dolları) və Pakistana (0,6 milyon ABŞ dolları) xidmət satıb.

Kosmik Agentliyin xidmət ixracından əldə etdiyi gəlirlər onun ümumi gəlirlərinin 87 %-ni təşkil edib ki, bu da illik müqayisədə 3 faiz bəndi azdır.
2022-ci ilin mayında isə "Azərkosmos” 31 ölkəyə 2,3 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib. Bu isə 2021-ci ilin may ayı ilə müqayisədə müvafiq olaraq 9 ölkə və 0,2 milyon ABŞ dolları (8 %) azdır. 

Cari ilin 5 ayında Azərbaycanda xaricilər bank kartları vasitəsi ilə 870,4 milyon manatlıq əməliyyat aparıblar.Sənədə əsasən, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4,5 dəfə çoxdur. Təkcə apreldə isə əcnəbilərin kartla xərcləmələri 184,1 milyon manat təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 6 dəfə çoxdur.
 
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (IITKM) Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2016-cı il 20 aprel tarixli 879 nömrəli Fərmanı əsasında yaradılıb.
 
Ləman Qasımova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol