• $
  • €
  • ₽
  • ₺
  • £

Rusiyaya 263,4 milyon ABŞ dolları dəyərində mal ixrac olunub - RƏSMİ

Rusiyaya 263,4 milyon ABŞ dolları dəyərində mal ixrac olunub - RƏSMİ
01.07.2022 13:29
Rusiyaya 263,4 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub. Bu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac icmalı"nın iyun sayında bildirilir.

Həmçinin, Türkiyəyə 390,2 milyon ABŞ dolları, Gürcüstana 74,7 milyon ABŞ dolları, İsveçrəyə 66,4 milyon ABŞ dolları və ABŞ-a isə 44,5 milyon ABŞ dolları dəyərində qeyri-neft sektoruna aid mal ixrac olunub.

2022-ci ilin yanvar-mayı ərzində Azərbaycanın ixracı 15,4 milyard ABŞ dolları, qeyri-neft sektoru üzrə 1,2 milyard ABŞ dolları təşkil edib.

Sənədə əsasən, qeyri-neft sektoru üzrə ixrac 2021-ci il ilə müqayisədə 280,6 milyon ABŞ dolları və ya 30,9% artıb.
5 ay ərzində meyvə-tərəvəz məhsulları ötən ilin eyni dövrü ilə müqayisədə 6,4% artaraq 219,2 milyon ABŞ dolları təşkil edib. Müvafiq dövr ərzində kimya sənayesi məhsullarının ixracı 8 dəfə, alüminium və ondan hazırlanan məmulatların ixracı 2 dəfə, qara metallar və onlardan hazırlanan məmulatların ixracı 49,8%, pambıq iplik ixracı 23,7%, pambıq lifi ixracı isə 14,5% artıb.

Hesabat dövründə ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında pambıq mahlıcı (123,7 milyon ABŞ dolları) birinci olub. Bu siyahıda tomat (pomidor) (91 milyon ABŞ dolları) ikinci, karbamid (84,1 milyon ABŞ dolları) isə üçüncü yerdə qərarlaşıb.

2022-ci ilin may üzrə ixrac 3,6 milyard ABŞ dolları təşkil edib. Qeyri-neft sektoru üzrə ixracda artım 5,7% olmaqla 222,4 milyon ABŞ dolları qeydə alınıb.
 
2022-ci ilin may ayında yeyinti məhsulları üzrə ixrac 66,4 milyon ABŞ dolları, qeyri-yeyinti məhsulları üzrə isə 24,7% artaraq 156 milyon ABŞ dolları olub.
 
2022-ci ilin may ayında qeyri-neft sektoruna aid ən çox mal ixrac edilən ölkələrin siyahısında Rusiya (71,7 milyon ABŞ dolları) birinciliyə yüksəlib. Bu siyahıda Türkiyə (56,5 milyon ABŞ dolları) ikinci və Hindistan (17 milyon ABŞ dolları) üçüncü olub. 2022-ci ilin mayında ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında tomat (pomidor) (32,8 milyon ABŞ dolları) birinci, pambıq mahlıcı (21,2 milyon ABŞ dolları) ikinci və karbamid (15,9 milyon ABŞ dolları) üçüncü olub.
 
Ləman Qasımova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol