• $
  • €
  • ₽
  • ₺
  • £

Ceyhan terminalından yola salınan tankerlərin sayı 4950-dir

Ceyhan terminalından yola salınan tankerlərin sayı 4950-dir
04.07.2022 16:48
Türkiyənin "BOTAS International Limited" (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından bugünədək 3 777 227 567 barel neft yola salınıb. Bu barədə Türkiyənin Anadolu Agentliyi məlumat yayıb. 
 
2022-ci ilin ilk 6 ayında Xəzər dənizindən çıxarılan nefti dünya bazarlarına nəql edən Bakı-Tbilisi-Ceyhan (BTC) Xam Neft Kəmərinin Adanadakı dəniz terminalından 106 milyon 982 min 579 barel xam neft yola salınıb. 

Ceyhandakı Heydər Əliyev Dəniz Terminalına çatan xam neft BTC xəttinin Türkiyə hissəsini idarə edən BOTAŞ International (BIL) tərəfindən tankerlərlə dünya bazarına çıxarılır.

Dəniz terminalından istismara verildiyi ildən ( red. 2006-cı ildən) ötən ilin sonunadək 4 min 947 tankerlə 3 milyard 777 milyon 227 min 567 barel neft dünya bazarına çıxarılıb.

Bu ilin yanvar-iyununda 148 tankerlə 106 milyon 982 min 579 barel xam neft daşınıb.

İlin ilk 6 ayında ən çox nəql 20 milyon 479 min 706 barellə mayda, ən az daşınma isə 13 milyon 581 min 125 barellə fevralda həyata keçirilib.

Türkiyənin BOTAŞ (Boru Hatları İle Petrol Taşıma Anonim Şirketi) şirkəti neft və təbii qaz layihələrində söz sahibi olan ölkələrin və transmilli şirkətlərin fəaliyyətlərində iştirak etmək məqsədi ilə 3 iyul 1996-cı ildə təsis edilmiş və 2001-ci ildə BTC-nin istismarına həvalə edilmişdir.

2006-cı il iyunun 2-də Ceyhan Dəniz Terminalından xam neftin tankerlərə yüklənməsinə başlayan BTC-də Xəzər dənizindən çıxarılan neft boru kəməri ilə Gürcüstan vasitəsilə Ceyhandakı dəniz terminalına, oradan isə tankerlərlə dünya bazarlarına nəql edilir. Uzunluğu 1776 kilometr olan xəttin gündəlik neft daşıma qabiliyyəti 1 milyon barel, ildə isə 50 milyon ton neftdir.

Xəttin Türkiyə hissəsi boyunca Ərdahan, Ərzurum, Ərzincan və Sivasda 4 nasos stansiyası, Qars və Kahramanmaraşda 2 təzyiq tənzimləmə stansiyası və 52 blok klapan stansiyası var.

Ceyhan Dəniz Terminalından hər birinin diametri 100 metr, hündürlüyü 20 metr, anbar tutumu bir milyon barel olan 7 neft çəni, idarəetmə otağı, ölçmə məntəqəsi və estakada yükləmə qurğuları mövcuddur.
 
İsmayıl Bakuvi


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Brent торгуется выше $113, WTI превысила $100
İqtisadiyyat 10:05
Brent торгуется выше $113, WTI превысила $100
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:07
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
İqtisadiyyat 13:24
Bank Respublika-dan sərfəli nağd kredit imkanı -“Payız fürsəti”
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
İqtisadiyyat 10:59
Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
İqtisadiyyat 10:04
“Azeri Light” neftinin qiyməti 119,7 dollara yüksəlib
Günün məzənnəsi açıqlanıb
İqtisadiyyat 09:19
Günün məzənnəsi açıqlanıb
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
İqtisadiyyat 14:44
Azərbaycan mobil internet sürətinə görə 47-ci pillədə qərarlaşıb
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
İqtisadiyyat 14:38
Qazaxıstan 100 milyon dollarlıq neft qaçaqmalçılığı şəbəkəsini çökdürdü
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol