Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları artıb - Nazirdən açıqlama

2022-ci il 6 ayında Azərbaycanda qeyri-neft-qaz sektorundan vergi daxilolmaları ötən ilin eyni dövrü ilə müqayisədə 38,1% artaraq 4 milyard 398,1 milyon manat olub və proqnoz 128,6% icra edilib. Bunu ölkənin iqtisadiyyat naziri Mikayıl Cabbarov rəsmi "Twitter" hesabında bildirib.
www.anews.az
Nazir bildirib ki, vergi daxilolmalarında müşahidə olunan artımın mühüm hissəsi qeyri neft qaz sektorunun payına düşür.
Dövlət Vergi Xidməti 2022-ci il yanvar-iyunu üçün nəzərdə tutulan büdcə öhdəliyini 146,7% yerinə yetirib. Dövlət büdcəsinə 6 milyard 482 milyon manat köçürülüb ki, bu da nəzərdə tutulan proqnozdan 2 milyard 64,6 milyon manat artıqdır.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























