Bu şirkətin zərəri 1,7 dəfə artıb

"Baku Steel Construction” Açıq Səhmdar Cəmiyyətinin(ASC) 2021-ci ildəki illik xalis zərəri ötən ilə nisbətən 1,7 dəfə artaraq 172,7 min manata çatıb. Bu barədə qurumun hesabatında məlumat verilib.
www.anews.az
2020-ci ili şirkət 98,2 min manat xalis zərər ilə bitirib.
2021-ci ilin dekabrın 31-nə ASC-nin cəmi aktivləri 6,7% azalaraq 12,520 milyon manata, cəmi kapitalı isə 17,9% azalaraq 5,702 milyon manata enib. Şirkətin cəmi öhdəlikləri isə 5,3 % artaraq 6,817 milyon manat olub.
2021-ci ildə "Baku Steel Construction”ın sair gəlirləri 156,3 min manat (dəyişməyib), inzibati xərcləri isə 329 min manat (29,5% çox) olub.
1969-cu ildən fəaliyyətə başlayan Baku Steel Construction ASC yarandığı gündən bu yana Qafqaz regionunda fasonlu tökmələr istehsal edən yeganə zavoddur.
Ləman Qasımova
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























