“Azexport.az” portalına ixrac olunan sifarişlərin sayı açıqlanıb

Cari ilin yanvar-iyununda "Azexport.az” portalına 248,4 milyon ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub. Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin bildirilib.
Bu ilin iyununda "Azexport.az” portalına daxil olan ixrac sifarişlərinin dəyəri isə 33,34 milyon ABŞ dollarıdır. İyunda "Azexport.az” portalına edilən ixrac sifarişlərinin tərkibində tibbi zəli, tibbi tənzif, qara çay, pambıq yağı, boya, alkaqolsuz (energetik) içkilər, meyvə kompotu, sement (tikinti materialı), konservləşdirilmiş tomat, günəbaxan yağı ) və sair məhsullar üstünlük təşkil edib.
2017-ci ilin yanvarında 2022-ci ilin 30 iyun tarixinə kimi (66 ay ərzində) "Azexport.az” portalına dünyanın 145 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 3,08 milyard ABŞ dolları olub.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 17:50
PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır























